Texnologiya

"WhatsApp" istifadəçiləri mütləq oxusun! - FOTO

28-08-2016, 19:20
"WhatsApp" istifadəçiləri mütləq oxusun! - FOTO
"Facebook" tərəfindən satın alınan "WhatsApp"dan pis xəbər var.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bundan sonra "WhatsApp"da da reklamlar olacaq. Belə ki, "WhatsApp"ımıza müxtəlif şirkətlər tərəfindən reklam mesajları göndəriləcək.

Qeyd edək ki, yeni reklam modelinin qarşısını almaq mümkündür. Bunun üçün gizlilik müqaviləsi təqdim edildiyi zaman "qəbul edirəm" əvəzinə "davamını oxu" düyməsini klikləmək və yeni açılan pəncərədə "WhatsApp hesab məlumatlarımı Facebook ilə paylaş" variantını rədd etmək kifayətdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]