Layihə

Müvəkkil Hüquq Mərkəzi cənub bölgəsində sahibkarlar üçün təlimlər təşkil edib

27-08-2016, 01:30
Müvəkkil Hüquq Mərkəzi cənub bölgəsində sahibkarlar üçün təlimlər təşkil edibMüvəkkil Hüquq Mərkəzi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  "Əhali arasında "Açıq Hökumət”in təşviqi və vergi mədəniyyətinin inkişaf etdirilməsi” layihəsi   çərçivəsində cənub regionunda sahibkarlar üçün təlimlərə start verib.
 
Təlimlər 18 avqust Cəlilabad rayon İcra Hakimiyyətində və 19 avqust  Masallı rayon Gənclər Mərkəzində keçirilib. "Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq”  mövzusunda keçirilən təlimlərdə Cəlilabad və Masallı rayonlarından olan 23 sahibkar iştirak edib. 
Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov layihə haqqında geniş məlumat verərək, son dövrlər sözügedən mövzunun aktual olmasına diqqət çəkib.
 
Təlim-treninqlər  nəzəri və praktik hissələrdən ibarət olmaqla aparılmışdır.  Təlimçilər Səməd Vəkilov, Cəsarət Hüseynzadə və Tofiq Əliyev region sahibkarlına "Sahibkarlıq subyektləri arasında bağlanmış əqdlərin hüquqi aspektləri" və "Sahibkarlıq subyektlərində mühasibatlıq işinin təşkili" mövzusunda məlumatlar veriblər.
 
Təlimlərin ikinci, praktik hissəsində isə treninq iştirakçıları 4 qrup üzrə komanda çalışmalarında iştirak etmiş və təqdimatlar hazırlamışlar.
 
Sonda təlimi uğurla başa vuran sahibkarlara sertifikatlar təqdim edilib.
 
Müvəkkil Hüquq Mərkəzi cənub bölgəsində sahibkarlar üçün təlimlər təşkil edib
Müvəkkil Hüquq Mərkəzi cənub bölgəsində sahibkarlar üçün təlimlər təşkil edib
Müvəkkil Hüquq Mərkəzi cənub bölgəsində sahibkarlar üçün təlimlər təşkil edib
Müvəkkil Hüquq Mərkəzi cənub bölgəsində sahibkarlar üçün təlimlər təşkil edib
Müvəkkil Hüquq Mərkəzi cənub bölgəsində sahibkarlar üçün təlimlər təşkil edib
Müvəkkil Hüquq Mərkəzi cənub bölgəsində sahibkarlar üçün təlimlər təşkil edib
Müvəkkil Hüquq Mərkəzi cənub bölgəsində sahibkarlar üçün təlimlər təşkil edib
Müvəkkil Hüquq Mərkəzi cənub bölgəsində sahibkarlar üçün təlimlər təşkil edib
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]