İqtisadiyyat

Dollar payızda 2 manat olacaq

20-08-2016, 13:35

Nemət Əliyev: «Bunun qarşısının alınması üçün real şərait yoxdur»

Manat hər keçən gün ABŞ dolları qarşısında dəyər itirməkdə davam edir. Iqtisadçı ekspertlər bu tendensiyanın sonunun növbəti devalvasiya ilə nəticələnəcəyini proqnozlaşdırır. Manat üzən məzənnə ilə hər gün dollar qarşısında ucuzlaşsa da, oktyabrda daha böyük, sayca üçüncü devalvasiyanın olacağı gözlənilir.

nemet-eliyev1

Iqtisadçı-ekspert Nemət Əliyevyada salır ki, manat dollar qarşısında son üç ay ərzində 9 faizə yaxın dəyər itirib. Dolların rəsmi məzənnəsi 1.49 həddindən 1.62-yə qədər artıb. Ekspert deyir ki, dolların bahalaşması prosesinin nə vaxt dayanacağını bəri başdan demək çətindir. Çünki Azərbaycanda yerli istehsal günü-gündən azalmaqda davam edir. Tənəzzül bütün sahələri əhatə edib, bank sistemi çöküb: "Maliyyə sektorunda kəskin ixtisarlar gedir. Bank fəaliyyəti səmərəsiz hala gəlib. Banklar ölkəni kreditləşdirə bilmir. Kredit resursları geri çəkilməkdə davam edir. Ixracyönümlü məsələlərlə bağlı böyük problemlər var. Ölkəyə valyuta axını zəifləyib. Bunun əksinə, xaricə valyuta axını artıb. Bu şərtlər altında manatın sabitliyini qoruyub saxlamaq problemə çevrilib. Hətta onun konturlarını görmək də hazırda çox çətindir”.

Ekspert onu da qeyd edir ki, keçirilən valyuta hərracları da səmərəsizdir. Bütün bu baş verənlərin təhlil edən ekspert dolların payızda 2 manata qədər bahalaşacağını gözləyir. Fikrini də belə əsaslandırıb: "Bunun qarşısının alınması üçünsə real şərait yoxdur”.


Administratorla əlaqə

077 611-55-22

[email protected]