Avto

Azərbaycana avtomobil idxalı yeddi dəfə azalıb

16-08-2016, 22:01
Azərbaycana avtomobil idxalı yeddi dəfə azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən müxtəlif təyinatlı 2879 avtomobil gətirilib. 

Xeberman.com-un Dövlət Gömrük Komitəsinə istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 dəfə azdır.

Son bir ildə sürücü daxil olmaqla 10 və daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 15 dəfə azalaraq 44-ə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər avtomobillərin idxalı 7 dəfə azalaraq 2475-ə, yük maşınlarının idxalı 4,25 dəfə azalaraq 300-ə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı 3,3 dəfə azalaraq 60-a düşüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]