Elm

Tofiq Sadıqovun öz başına qanunsuz əməllərini əks etdirən faktlara

26-11-2015, 18:48
Tofiq Sadıqovun öz başına qanunsuz əməllərini əks etdirən faktlara Ölkənin bir sıra KİV-də Beyləqan rayon təhsil sistemində baş verən bir sıra ciddi qanun pozuntuları barədə, eləcə də, bu təhsilə rəhbərlik edən Tofiq Sadıqovun kimliyi və özbaşına qanunsuz əməllərini əks etdirən müxtəlif səpgili tənqidi məqalələr dərc edilmişdir. Yenidən Yeniaxtaris.az saytına daxil olan , Tofiq Sadıqovun öz başına qanunsuz əməllərini əks etdirən faktlara yenidən toxunaq. Beyləqan rayonun Şahsevər kəndində yerləşən Əli Rüstəmov adına tam orta məktəbin müəllimləri saytımıza verdiyi məlumata görə, Cəfərova Aynurə adlı müəllimə təhsil nazirliyinin qaynar xəttinə zəng edərək Tofiq Sadıqovun qanunsuz əmələrindən şikayət edib. Şikayəti araşdırmaq məqsədi ilə əlaqədər olaraq təhsil nazirliyi Beyləqan rayonuna nümayəndə göndərib. Yeniaxtaris.az saytına məlumat verən kənd sakinləri bildirir ki, təhsil nazirliyinin göndərdiyi nümayəndə heyyəti və rayon təhsil şöbəsinin rəhbəri Tofiq Sadiqov və rayon müəllimləri ilə birgə iclas keçiriblər. İclasın gedişi Azadi adlı müəllimin etirazına səbəb olub və o etraz əlaməti olaraq iclası tərk edib.

Ziyalılar və bir çox Beyləqan rayonunun müəllimləri saytımızın əməkdaşına bildirib ki,şöbə müdiri hər ay direktorlardan pul yığır. Və yığdığı rüşvəti icra başcısı Vaqif Abdullayevin adından istifadə edərək toplayır. Adını da qoyur ki, güya icra başcısı rayonda hansısa mühüm dövlət əhəmiyyətli binanın tikintisi üçün Tofiq Sadıqovun üzərinə müəyyən məbləğdə pul öhdəliyi qoyub, şöbə müdiri də həmin məbləği məktəb direktorlarından çırpışdırır. Biz isə icra başcısı Vaqif Abdullayevin bu məsələlərə adiyyatı olmasına şübhə edirik. Görünən odur ki, Tofiq Sadıqov öz səlahiyyətlərini o qədər aşıb ki, özünün qanunsuz əməllərinə nüfuzlu şəxsləri də qatmaq kimi iyrənc yola da əl atıb.

Rayon ziyalıları və müəllimləri Yeniaxtaris.az saytına bildirib ki, Beyləqan rayon təhsilində baş verən özbaşınalıqlar, korrupsiya halları bir yox, bəlkə də yüzlərlə mətbuat orqanlarında işıqlandırılsa da bu hüquq mühafizə orqanları və digər əlaqədar təşkilatlar tərəfindən qulaqardına vurulmaqdadır. Bu da həmin rayonun orta təhsil sahəsində bu gün də davam etməkdə olan ciddi qüsurların, özbaşınalıqların daha da geniş şəkildə vüsət almasına gətirib çıxarır.

P.S Tofiq Sadıqovla bağlı ən maraqlı məqam isə onun ali təhsil almasını təsdiqləyən sənədin-diplomun “əndirabadi” olmasıdır. Bu faktla bağlı gələn sayımızda araşdırma yazı hazırlayacağıq

Administratorla əlaqə

077 611-55-22

[email protected]