İslam
HZ.Fatimə (s.ə)-ın Fəzilətləri
13-08-2016, 18:24
Əhməd ibn Hənbəlin "Müsnəd" əsərində bir neçə dəfə nəql edilən rəvayətlərin hamısının mahiyyətinə görə Məhəmməd, Təthir ayəsinin "إِنَّمَا یرِ یدُ اللَّـهُ لِیذْهِبَ عَنکمُ الرِّ جْسَ أَهْلَ الْبَیتِ وَیطَهِّرَ کمْ تَطْهِیرً" (Tərcümə: Ey Əhli-Beyt! Allah sizdən sadəcə günahı aradan qaldırmaq və sizi tərtəmiz etmək istəyir.) (Əhzab surəsi, 33-cü ayə) Nümunələri haqqında belə buyurmuşdur: "Fatimə, həyat yoldaşı və iki oğlu. Yenə "Səhabənin Fəzilətləri"ndə rəvayət edildiyinə görə Məhəmməd 6 ay boyunca səhər namazına getməzdən öncə Fatimənin evinin qarşısında dayanır və belə səslənirdi: "Ey Əhli-beyt! Namaz! Namaz! Ey Əhli-beyt! "Allah sizdən yalnız hər cür çirk və günahı aradan qaldırmaq və sizi tərtəmiz etmək istiyir "."
Müxtəlif Əhli-Sünnə mənbələrində Məhəmməddən nəql edildiyinə görə, Fatiməyə belə buyurub: "Həqiqətən, Allah sənin qəzəbinlə qəzəblənir və sənin xoş olmanla razı olur." ("ان الله یغضب لغضبک ویرضی لرضاک")
Əhli-Sünnə mənbələrinin Məhəmməddən nəql etdiyinə görə Fatiməyə belə buyurub: "Ey Fatimə! Aləmlərin qadınlarının, bu ümmətin və mömin qadınların ağası olmaqdan razısan?" "Aləmlərin qadınlarının ağası/seyyidətun nisail-Aləmin" xitabı Əli tərəfindən də Zəhra üçün məzarının başında deyilmişdir.
Fatimənin hədis alimi olması. Halbuki o, nə imamdır nə də peyğəmbər. Mühəddis: Bu yolların biri vasitəsi ilə müxtəlif əşyanın həqiqətini bilməkdir:
Allahdan, elmin ilham və muqaşifə yolu ilə ona verilməsi.
Və ya başqalarına gizli olan həqiqətlərin onun qəlbinə axması. Hakəza mühəddis: Mələyin səsini eşidər, amma onu görməz. Fatimənin Müshəfi də Fatimə ilə mələyin söhbətlərindən qeydlərdir. Fatimə o söhbətləri Əliyə deyər, Əli də yazardı. Müshəfdə halal və haramlar yer almır, ancaq gələcək şeylərin elmləri yer almaqdadır. Fatimənin Müshəfi haqqında bax.
Qurani-Kərimdə də Fatimənin fəzilətlərinə dəlalət edən ayələr var. Məsələn: Məvəddət ayəsi (Şura, 23), Mübahilə ayəsi (Ali İmran, 61), İta ayəsi (İnsan, 8 və 9). Əhli-sünnə və Şiə yolu ilə nəql edilən hədislərdə də Fatimənin fəzilətini ortaya qoyan hədislər gəlmişdir. Məsələn: Bida (Parça) Hədisi, Ənha Hədisi, Həssanət Hədisi, Buğz Hədisi, Ləvlakə Hədisi. Həmçinin Əhli-Sünnə nümayəndələrinin hər biri də Fatiməni bir şəkildə mədh ediblər.

Oxşar xəbərlər:
İman və əhli-beyt hikməti müəssisələri ərbəin məclisi təşkil etdilər.
Hz Əli (ə) peyğəmbər (s) kimidir - Əhli sünnə ruhanisi
Böyük İslam alimi Ayətullah şəhid Şeyx Nimrin vəfatından artıq 40 gün keçir. O böyük şəxsiyyətin həyat yoluna qısa şəkildə nəzər salaq.
Əhli sünnə alimindən Şok açıqlama: “Şiəyə kafir deyənlər Amerika casusudurlar.” (Video)
Ayıl Elşad Miri ayıl!
“Əyyami Fatimə” başladı
ŞOK! Əhli-sünnə vəl cəmaə şeyxi: Bacı ilə nikaha girmə cihadı halaldır!
TİFLİS ƏEHLİ-BEYT MESCİDİNDƏ FİTR BAYRAMI QEYD OLUNDU
Şiəni "RAFİZİ" edə biləcək hədis
Ayətullah Nimr kimdir və tələbləri nə idi?