Gündəm / İslam

Bakıda radikalların yığışdığı məscid bağlandı

25-07-2016, 22:54

Bakıda, İçərişəhərdə yerləşən və "Ləzgi məscidi” kimi tanınan "Aşurbəy” məscidi bağlanıb

 


Xeberman.com  xəbər verir ki, bu haqda məscid icmasının rəhbəri Faiq Mustafa "Azadlıq” radiosuna bildirib. Onun dediyinə görə, məscid təmir adı altında bağlanır.

"Sabaha kimi bizə vaxt veriblər. Namaza gələnlərə deməliyik ki, iyulun 26-dan etibarən məscid təmirə bağlanacaq”-Faiq Mustafa bildirib.

Faiq Mustafanın deməsinə görə, xəbərdarlığı Səbayel Rayon Polis İdarəsi verib. O, məscidin təmir ediləcəyinə şübhə ilə yanaşır:"Fikrimcə, bu bir bəhanədir. Sadəcə bu adla məscidi bağlamaq istəyirlər. Məscidin daxili yaxşı vəziyyətədir. Bu haqda əlimizdə sənəd də var. Bayır hissədən nəyisə təmir etmək istəyirlərsə, məscidi bağlamadan da etmək olar”.

F. Mustafa deyib ki, hətta məscid təmirə bağlanacaqsa belə, bu sənədləşdirilməli, təmirin başlanacağı və bitəcəyi tarix açıqlanmalıdır.

"Biz harada ibadət edəcəyimizi soruşanda, bizə "bilmirik" cavabı veriblər. Deyirlər ki, bu bizim işimiz deyil, bununla bağlı başqa qurumlara müraciət etməliyik. Hələlik vəziyyət belə qalır ”- deyə F.Mustafa bildirib.

Bu deyilənlərə, Səbayel Rayon Polis İdarəsindən və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, bu günlərdə Faiq Mustafa "Azadlıq” radiosuna verdiyi müsahibədə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəni "Qurana yox, İrana ibadət etməkdə” günahlandırıb. Sünnülərlə şiələrin birgə bayram namazı qılmasını "təsadüf” adlandırıb və deyib ki, bu iki təriqət arasında heç vaxt barışıq ola bilməz. Habelə Faiq Mustafa İŞİD-i pisləməkdən imtina edib. "Ləzgi” məscidi radikal vəhabilərin yığışdığı məkanlardan biridir və orada namaz qılanlar arasında Suriyaya gedib İŞİD-ə qoşulanlar var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]