Mədəniyyət

Action nə deməkdir?

24-07-2016, 12:10

Action nə deməkdir?Action Academy, rəsmi olaraq Azərbaycanda döyüşçü-aktyor və döyüş səhnələri üzrə xoreoqraflar yetişdirən ilk təşəbbüskar cəmiyyətdir. Action Academy döyüş növləri, bədən tərbiyəsi, yaradıcılıq və incəsənəti özündə birləşdirən yeganə fəaliyyət mərkəzidir.
Action Academy yaranma məqsədi; Azərbaycan film industriyasında "ACTİON" janrını inkişaf etdirmək, döyüş növlərinin təbliğini genişləndirmək, döyüş səhnələrinin estetikasını formalaşdırmaq, aktyorları döyüş səhnələri üçün hazırlamaq, döyüş səhnələri üzrə xoreoqraflar yetişdirmək, kaskadyorluğa həvəsi artırmaq, idmançılarda döyüşçü ruhunun, xarakterin, intellektin, psixologiyanın, fəlsəfənin və mədəniyyətin formalaşmasında əsas rolu oynamaq, yerli və beynəlxalq seminar, workshop, ustad dərsləri, forumlar və mühazirələrin təşkilidir.
Action nə deməkdir?
Akademiya hal hazırda cəmiyyətin sağlam həyat tərzinə,yaradıcılığa və əsasən də "ACTİON janrına marağının artması üçün təbliğat aparır. Bu səbəbdən, akedemiyanın təlimatçıları ildə bir neçə dəfə seminar, ustad dərsləri və vorkşoplar təşkil etməyi planlaşdırırlar. Sadalanan tədbirlər döyüş səhnələrinin xoreoqrafiyası və döyüş aktyorluğu üzrə mütəxəssislərin hazırlanamsına xidmət edəcəkdir. Bu səbəbdən, Azərbaycanda təşkil olunacaq tədbirlərə, həmçinin xarici mütəxəssislərin də dəvət olunacağı gözlənilir.
Action nə deməkdir?
Akademiya həmçinin, döyüş janrında qısa metrajlı filmlərin, müxtəlif idman və döyüş növlərinə aid öyrədici videoçarxların çəkilişləri ilə də məşğuldur.

Onu da qeyd edək ki, Akademiyanın təlimatçıları bir neçə yerli və xarici layihələrdə iştirak ediblər.
Azərbaycanda isə Əli və Nino, Obyekt 77, Qorxma mən səninləyəm 1919, Zabitin Şərəfi, Kədərim,İnfeksiya və Həyat adlı filmlərdə, yerli kino aləminin inkişafı naminə əllərindən gələni ediblər.


Action nə deməkdir?

Action, kino aləmində ayrıca spesifik bir janrdır və döyüş janrı kimi qəbul edilməkdədir. Action sözünü Azərbaycan dilinə "CƏNG” kimi tərcümə edə bilərik.

Action Academy haqqında məlumat verdi: Təsisçi, Döyüş Səhnələri Üzrə Xoreoqraf və Aktyor – Sain Ferhad

Əlavə məlumat üçün: www.facebook.com/actionacadem

Administratorla əlaqə

077 611-55-22

[email protected]