Ölkə / Müsahibə

Zaur Tahirsoy: Mən belə bir Allahı tanımıram və tanımaq da istəmirəm

15-07-2016, 19:10

Zaur  Tahirsoy: Mən belə bir Allahı tanımıram və tanımaq da istəmirəmMüsahibimiz gənc vətənpərvər, istedadlı araşdırmaçı yazar və rejissor Zaur Tahirsoydur. Sizə onunla apardığımız müsahibəni təqdim edirik:

 

1. Salam Zaur bəy ilk öncə təşəkkürümüzü bildiririk ki, dəvətimizi qəbul edib gəldiniz. Xoşbəxt ailə notları AİLƏ MÖVZUSUNDA yazılan ilk kitabınız oldu cəmiyyət bunu necə qarışladı?

 

 

Xoşbəxt ailə notları mənim ilk qələmə aldığım kitabdır. Ailə məsələləri üzrə araşdırmalardan ibarətdir. Və deyim ki, oxucular tərəfindən də müsbət qarşılandı. Tanınmış ictimai xadimlər də kitab barədə müsbət fikirlər səsləndirdilər və hətta Həkim nevroloq və psixoloqlardan mənə, kitabımı pasientlərinə tövsiyə etdiklərini deyənlər oldu. Açığı bu qədər müsbət rəylər məni çox narahat etdi. Çünki tərifi insana zərərli ünsürlərdən sayıram. Tənqid isə mənə xüsusi zövq verir. Ən azından anlayıram ki, tərifə nisbətən tənqid inkişaf etməyimə səbəb olacaq.

 

 

Zaur  Tahirsoy: Mən belə bir Allahı tanımıram və tanımaq da istəmirəm2. Gözləyirdinizmi bu qədər müsbət qarşılanacağını və əyani vəsait olacağını ?

 

 

 

Düzünü desəm gözləyirdim. Çünki kitabın mövzularını öncədən kiçik məqalələr şəklində insanlarla paylaşırdım və çox müsbət qarşılanırdı. Məlum məsələdir ki, kitab da həmin məqalələrin toplusudur.

 

 

3. İcazə verirsinizmi kitaba biraz tənqidi yanaşağ (gülür) Kitabı oxumuşam və daha çox diqqətimi çəkən tərəf qadınlara daha çox üstünlük verməyiniz, kişiləri isə daha çox vəzifələrlə yükləməyiniz oldu. Nəyə görə qadınları Xoşbəxt ailənin qurulmasında az pay sahibi hesab edirsiz?

 

 

 

Bu cür etirazları indiyə qədər çox eşitmişəm (gülür). Bilirsiz, qadın zərif məxluqdur. Zərif məxluqa vəzifə yükləmək güclüyə Zaur  Tahirsoy: Mən belə bir Allahı tanımıram və tanımaq da istəmirəmyaraşmaz. Kitabda qadınlara özümdən icad etdiyim dəyəri verməmişəm. Sadəcə Allahın qadınlara verdiyi dəyəri elan etmişəm. Qadınlar, kimisə xoşbəxt etmək üçün yaradılmayıb, qadın məhz xoşbəxt edilmək üçün yaradılıb. Yalnız xoşbəxt edilən qadın xoşbəxt edə bilər. Eyni zamanda yaradılışda sistem belədir ki, kişi ailənin başçısıdır. Demək ailənin idarəçiliyi də kişinin öhtəsindədir və baş verən bütün problemlər bilavasitə kişidən qaynaqlanır. Ailənin başçısı kişi olduğu üçün məhz hədəf də kişilər seçildi. Bu mövzuya etirazların cavabı da kitabda qeyd edilib.

 

 

4. YENİ KİTABINIZIN NƏŞİRİ OLACAQMI?

 

 

Əlbəttə. İlk kitab araşdırma formatında olduğu üçün bədii üsluba elə də diqqət edilməyib. Növbəti ildə romanımın işıq üzü görməsini Zaur  Tahirsoy: Mən belə bir Allahı tanımıram və tanımaq da istəmirəmplanlaşdırıram və bu yöndə artıq xeyli işlər görmüşəm.

 

 

5. Bildiyimiz kimi ictimaiyyətdə rejissor kimi də tanınırsız . İndiyə qədər rejissor kimi hansı işləri sərgiləmisiz?

 

 

Bəli. Əlavə olaraq psixalogiya sahəsinin də biliklərini əldə etməyə çalışıram ki, həm yazıçılıq həm də rejissorluq sahəsində mənə çox kömək olur. 2015 ci ilin yazın sonlarında Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində nüfuzlu bir özəl film məktəbində rejissorluğun sirlərinə yiyələndim. Amma ondan öncə də vətənpərvər mövzuda "Vətəni sevmək imandandır” adlı qısa film işim olmuşdu. Əlavə olaraq "Tamah”, "Soyuq Gecə” adlı qısa və həvəskar işlərim olub. Amma daha da təkminləşdirməyə və bu sahədə peşəkarlaşmağa doğru addımlar atıram.

 

 

6. YENİ İŞ VARMI ?

 

 

Çalışıram ki, həyatda "işləməyən dəmir paslanar” prinsipi ilə addımlayım. Onun üçün də əvvəlkilərdən fərqli olaraq bu dəfə peşəkar kamanda ilə yeni və peşəkarlığa yaxın bir qısametrajlı film bu yaxınlarda ərəsəyə gətirmişik. O da vətənpərvər mövzudadır. Adı "Hədiyyə”dir. Ssenarisi özümə məxsusdur. Yazıçılığın avantajlarından biri də budur ki, ssenari cəhətdən qıtlıq olmur. Və ən böyük arzum da yazdığım romanların filmini çəkməkdir bəlkədə.

 

 

7. Rejissorluq və Yazıçılıq bir araya necə sığdırırsınız?

 

 

Açığı həm yazıçı, həmdə rejissorluq sahələri ilə məşğul olmaq bəzi çətinliklər yaradır mənim üçün. Çünki bu sahələrin hər ikisi ictimaiyyətlə əlaqəli olması ilə yanaşı bir-birindən ayrı sahələr sayılır. Amma mən diyərdim ki, rejissorluq yazıçılığın müasir formasıdır. Yəni bir atanın iki övladı kimidi. Bildiyiniz kimi qədimdə insanların daha asan əxz etməsi üçün kitabların mövzularını divara rəsm halında əks edirdilər. Daha sonra teatr dönəmi başladı və əsərlər artistlər tərəfindən nümayiş etdirildi. Kinomatoqrafiya sahəsi isə texnalogiyanın inkişafından sonra yarandı. Gördüyünüz kimi bir-birinə doğma və biri o birinin inkişaf etmiş formasıdır. Sadəcə birində qələm işləyir digərində kamera.

 

 

8. İslam dini sahəsində fəaliyyət göstərsiniz. Bunu kitabınızda və çəkdiyiniz filimlərdə açıq aşkar görünür. Buna səbəb nədir ?

 

 

Azərbaycan tarix boyu islama, islamın bəyəndiyi şəkildə xidmət etdiyi nadir coğrafiyalardandır. Müasir zamanda isə bu "estafet” bizə ötürülüb. Maləsəf əksər müsəlmanlar Allahı elə tanıtdırır ki, elə Allahı mən də qəbul etmərəm. Sanki öz etiqad etdikləri Allahı insanlardan qorumağa çalışırlar. Sanki qeyri müsəlmanın küfürndən Allaha zərər, müsəlmanın ibadətindən isə Allaha fayda toxunacaq. Mən belə bir Allahı tanımıram və tanımaq da istəmirəm. Mənim tanıdığım Allah möhtac deyil. İndiki zamanda dünyada islama qarşı aparılan qara PR və islamafobiyanın qarşısında durmaq və əsl islamı insanlara tanıtmaq bizim yaradılış borcumuz olmalıdır. İslam bizdən ilk öncə gözəl əxlaqa yiyələnməyi, müasir elmləri öyrənmi, texnalogiya sahəsində yeni icadlar etməyi tələb edir. Əlavə olaraq müsəlman, pis iş ilə pis işi görəni bir-birindən ayırmalı, pis işə nifrət bəsləməli, pis işi görənə isə mərhəmətlə yanaşmalıdır.

 

Müsahibəni hazırladı.

Polad Aslanov

Administratorla əlaqə

077 611-55-22

[email protected]