İslam

TBİLİSİ "CÜMƏ" MƏSCİDİNDƏ BAYRAM NAMAZI QILINDI

6-07-2016, 13:47
TBİLİSİ "CÜMƏ" MƏSCİDİNDƏ BAYRAM NAMAZI QILINDIXeberman.com saytının verdiy məlumata görə, bu gün səhər saat 9 da Hacı Farizin imamlığı və axund Hümbət Quliyevin mükəbbirliyi ilə bayram namazı qılındı, xütbələr oxundu. Namazdan öncə BGMİnin şeyxi ölkə və dünya müsəlmanlarının bayramını təbrik edib, onlara xoş arzularını çatdırdı. Ölkəyə və dünyaya və xüsusi ilə İslam aləminə sülh, barış, həmrəylik, əmin amanlıq, bolluq və firavanlıq arzuladı. Yola saldığımız aydakı oruc, namaz və digər ibadətlərin qəbul olması və gələcək Ramazanların qismət olması üçün dualar etdi.
Qeyd edək ki, bu gün paytaxtda digər iki məsciddə və ölkənin müsəlmanlar yaşayan rayon və kəndlərində də bayram namazları qılındı, Moizələr olundu və kasıb, fəqirlərə toplanan fitrə zəkatlarından yardımlar edildi. Allah-taala bu ayda hərkəsin dua və ibadətlərini, xeyirxah əməllərini qəbul etsin! Amin!

Administratorla əlaqə

077 611-55-22

[email protected]