Dünya / İdman

Hakimi vuran azərbaycanlı futbolçu cəzalandırıldı -VİDEO

11-11-2015, 17:50
Hakimi vuran azərbaycanlı futbolçu cəzalandırıldı -VİDEO

Rusiyanın çempionlar liqasında “Qərbi Sibir” divizionunda Noyabrskın “Viraj” komandası üçün oynayan Azərbaycanın mini futbol üzrə yığmasının sabiq oyunçusu Sərxan Mikayılova birinci turun “Kurqan” ilə keçirilən matçında hakimi vurduğu üçün 2 il müddətinə hər hansı bir futbol fəaliyyəti qadağan edilib.

Oxu.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İNK-nın rəhbəri Artur Qriqoryants bildirib.

“Hakim tərəfindən şikayət ərizəsi daxil olub. Ərizəyə hüquq-mühafizə orqanları tərəfindən baxılıb və məhkəməyə göndərilib”, - Qriqoryants qeyd edib.

Azərbaycan yığmasının sabiq futbolçusu həmçinin 50 min rubl məğləğində cərimə edilib.
musavat.com


Administratorla əlaqə

077 611-55-22

[email protected]