Gündəm / İslam

Azərbaycan islamçıları sübh azanının vaxtından əvvəl yayılmasına etiraz ediblər

12-06-2016, 02:25

Azərbaycan Respublikası islamçılarından ibarət bir qrup vaxtından qabaq azanın səslənməsinə etiraz ediblər.

Faktxəbər internet portalının verdiyi məlumata görə, Azərbaycan Respublikasının cənub rayonlarında islamçılar bu gün Qafqaz Müsəlmanları İdarəsinə müraciət edərək sübh azanının vaxtından qabaq yayılmasına öz etirazlarını bildiriblər.

QMİ-nin vəzifəli şəxslərindən olan Səid Yağubov deyib: Bəzi müsəlman və ərəb ölkələrində oruc tutanlara obaşdan vaxtının sona çatması barədə xəbərdarlıq üçün azan 15 dəqiqə tezdən verilir məhz buna görə də Azərbaycanın cənub rayonlarında da oructutanlara yemək vaxtının bitdiyi barədə xəbərdarlıq məqsədi ilə iki dəfə azan verrilir. birinci azan yemək içməyə son qoymaq ikinci azan isə süb namazını qılmaq üçün səsləndirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]