İslam

Hacı Şahin: Oruc tutmaq özünü qidadan məhrum etmək deyil

12-06-2016, 01:49

"Bir çoxlarının Orucluq ayında əldə etdikləri, yalnız ac-susuz qalmaqları olur”.

Əslində orucun dərin fəlsəfəsi var. Bu, "Qurani-Kərim”də də izah olunur. Buyurulur ki "Ey iman gətirənlər, sizdən öncəkilərə vacib buyurulduğu kimi, sizə də vacib edildi ki, təqvalardan olasınız. Oruc insanda təqva xüsusiyyəti yaradır.

Oruc tutmağın qaydaları barədə Oxu.Az-a açıqlama verən Hacı Şahin bildirib.

O qeyd edib ki, təqva insanın çirkinliklərdən, günahlardan uzaq olmasıdır. İnsan yeganə varlıqdır ki, onun daxilində ağlı ilə meyilləri və istəkləri arasında mübarizə gedir. İnsan isə öz istəklərinə "yox " demək gücünə malikdir.

Hacı Şahin hesab edir ki, Ramazan ayının orucu təkcə müəyyən saatlarda özünü qidalardan məhrum etmək deyil.

"Peyğəmbərimiz də buyurur ki, bir çox insanlar var ki, onların orucluqda əldə etdikləri ac-susuz qalmaqları olur”, - deyən ilahiyyatçı bildirir ki, Ramazan ayı insana yaraşmayan nalayiq əməlllərdən, günahlardan uzaqlaşmaq anlamını daşıyır. Ona görə də Ramazan ayında bütün bədən üzvlərinin hər biri oruc olmalıdı.

Hacı Şahin xatırladır ki, insan Ramazan ayının ləzzətini dadmaq istəyirsə, gün ərzində bütün bədən üzvlərinin günahlardan çəkindirməli, haramdan uzaq olmalıdı.

"Oruc insana özünə "yox” deməyi öyrədir. Orucun başqa ibadətlərdən əsas fərqi odur ki, orucda "et” əmri yoxdur, "etmə” əmri var. Yalnız insan istəyə və istəyinin əksinə gedə bilir. Ramazan ayının əsas fəlsəfəsi bundan ibarətdir”, - deyə Hacı Şahin bildirib.     

Günay Məmmədli

Hacı Şahin: Oruc tutmaq özünü qidadan məhrum etmək deyil

Administratorla əlaqə

077 611-55-22

[email protected]