İslam

İlahiyyatçı - Ramazan insanlar üçün ilahi mərifətə yetişmək üçün ən gözəl fürsətdir

11-06-2016, 21:11
"Ramazan ayı bəndəlik ayıdır. Bu ay insanlar üçün ilahi mərifətə yetişmək üçün ən gözəl fürsətdir”.

Bunu İslamMaarifi.az-a açıqlamasında Digah qəsəbə məscidinin axundu, ilahiyyatçı Hacı Rza Salmanov bildirib.

Rza Salmanovun sözlərinə görə, Əhli-beyt imamlarından gələn hədislərdə qeyd olunur ki, oruc tutan adam iki dəfə sevinər: iftar açanda və qiyamətdə – Allahın mərhəmətinin şahidi olanda.

"İmam Əli (ə) xəlifəlik dövründə başqa günlərdə olduğu kimi, Ramazan ayında da axşamlar hava qaralandan sonra şəhərdəki kasıbların evinə, kimsəsiz qocalara, şəhid ailələrinə yemək aparardı, amma özünün kimliyini gizli saxlayardı. Yalnız Həzrət Əli (ə) şəhid oduqdan sonra camaat başa düşdü ki, onlara yemək gətirən şəxs xəlifənin özü imiş. Bunun üçün də peyğəmbər (s), o cümlədən məsum imamlarımız bizim üçün nümunə olmalıdır.

Ramazan ayının gəlişi ilə bağlı kasıblara əl tutmaq da böyük savablardan sayılır. Həmçinin bu ayın ən gözəl töhfəsi ilahi təqvadır.

Bütün müsəlmanları Ramazan ayının gəlişi münasibəti ilə təbrik edirik, bu ayda etdikləri bütün duaları Allah dərgahında qəbul olunmasını diləyirik”, – deyə ilahiyyatçı bildirib.

rzasalmanov_379

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]