Kriminal

Ermənini öldürən azərbaycanlının adı açıqlandı

31-10-2015, 19:28
Ermənini öldürən azərbaycanlının adı açıqlandı


Başqırdıstanın Salavat şəhərində ermənilərə hücum edənlərin arasında olan azərbaycanlı 34 yaşlı Naim Şakir oğlu Məmmədov olub.

Qaynar.info modern.az-a istinadən bildirir ki, bu haqda Rusiya erməniləri ittifaqının regional şöbəsinin sədri Arkadi Dalaryan məlumat verib. Onun əvvəllər məhkumluq həyatı yaşadığı da qeyd edilir.

Onun sözlərinə görə, ermənilərə hücumun digər iştirakçıları latış, litvalı, ukraynalı, rus, tatar olub. O deyib ki, erməniləri güllələyən 8 nəfərin hamısının şəxsiyyəti bəllidir. Onlardan biri hadisədən 2 saat sonra saxlanılıb. Digəri sabah həbs edilməlidir. Qalanları isə axtarılır.

Oktyabrın 29-da Salavat şəhərindəki avtomobil servislərindən birində maskalılar 7 nəfəri güllələyiblər. Avtoservisin sahibi, 36 yaşlı Artur Sərkisyan Salavat şəhər mərkəzi xəstəxanasında ölüb. A.Voskanyan, T.Voskanyan, S.Qriqoryan, M.Malomyan, A.Avetyan və A.Akulyan müxtəlif xəsarətlər alıblar.

Sonuncu üçlük hələ də reanimasiyadadır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]