Elm

Cənab nazir,Göytəpə Musiqi Məktəbində diplom 50 manata satılr

21-05-2016, 00:46
Cənab nazir,Göytəpə Musiqi Məktəbində diplom 50 manata satılrCəlilabad rayon təhsili korrupsiya bataqlığından çıxmamış , başqa bir sahənində geri qalmadığı bu yaxınlarda hamıya bəlli oldu. Bu , Göytəpə şəhərində yerləşən musiqi məktəbidir. Bu məktəbdə sən demə hər bir notun öyrədilməsi müəyyən məbləğə başa gəlirmiş. Aylıq və illik yığılan qeyri-rəsmi pullardan başqa məktəbi bitirənlərə verilən diplomun da öz qiyməti var. Doğrusu orada oxuyan qohumumdan eşidən də ki, hər diploma 50 manat pul istənilir məlumatı işıqlandırmaq üçün dərhal mətbuata müraciət etmək istəyirdim . Ancaq , ziyalı bir müəllim məndən xahiş etdi ki, icazə ver oranın rəhbəri Vüqar müəllim ilə əlaqə saxlayım , bəlkə uşaq düz başa düşməyib. Amma Vüqar müəllim bildirdi ki, heç kimdən çəkinmir və kimsə ona heçnə edə bilməz və pulu yığmasını da açıq etiaf etdi.

Guman edirəm ki, saytınız vasitəsilə verdiyim bu məlumatı araşdırmaq üçün aidiyyatı qurumlar araşdıracaq və xalqın istedadlarını məhv edənləri ciddi cəzalandıracaqlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]