Ölkə

17 mayda bu ərazidə qaz olmayacaq

16-05-2016, 19:02

 

 

 

Mayın 17-də saat 10:30-dan 18:00-a qədər "Qaz İxrac” İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Xeberman.com xəbər verir ki, bu barədə "Azəriqaz” İB-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən Qazax magistral qaz kəmərləri sahəsinin "Şəmkir”, "Çinarlı” və "Əliyaqublu” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.Təmir müddətində Şəmkir rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]