Ölkə / Elm

5 İslamçı məhbus qara maskalılar tərəfindən "Vərəm zonası"na aparıldı - TƏFƏRRÜAT

14-05-2016, 22:18

16 saylı CÇM-dəki islamçı məhbuslar qara maskalılar tərəfindən "Tubzon”a aparılıb.

16 saylı CÇM-dəki islamçı məhbuslar qara maskalılar tərəfindən
 

Vəkil Zaman Səmədov: "Penitensiar Xidmətin Binə qəsəbəsindəki vərəm dispanserindən bizə heç bir məlumat vermədilər. Hansı səbəb üzündən onlara qarşı belə bir addım atıldığını bilmirik"

 

16 saylı Cəza Çəkmə Müəssisəsində saxlanılan hicab məhbuslarından 5 nəfər qara maskalılar tərəfindən "Tubzon” ("vərəm zonası” mənası verir – red.) kimi tanınan, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Binə qəsəbəsindəki vərəm dispanserinə aparılıb. Bu barədə "İslaminSesi”nə vəkil Zaman Səmədov məlumat verib.

 

Vəkilin sözlərinə görə, məhbusların hansı səbəb üzündən dispanserə aparıldığı bilinmir.

 

Hazırda sözügedən məhbusların valideynləri ilə sözügedən həbsxanada gəldiklərini söyləyən vəkil, "Penitensiar Xidmətin Binə qəsəbəsindəki vərəm dispanserindən bizə heç bir məlumat vermədilər. Hansı səbəb üzündən onlara qarşı belə bir addım atıldığını bilmirik”, - deyə bildirdi:

 

"Bu gün qeyri-iş günü olduğuna görə, Penitensiar Xidmətə müraciət edə bilmədik. Həftənin birinci günü Penitensiar Xidmətin rəhbərliyinə ərizə ilə müraciət edərək görüş üçün vaxt alacağıq. Yalnız bundan sonar hadisənin hansı üzdən baş verdiyini dəqiq deyə biləcəyik.”

 

Qeyd edək ki, "Tubzon”a aparılan məhbusların oktyabr ayının 5-də həbs edilən inanclı məhbuslar olduğu bildirilir. Aparılan məhbuslardan bir neçəsinin adları məlum olub. Məhbusların adlarının Ağadadaşov Tərlan, Telman, Rövşən, Davud olduğu bildirilir. 



Administratorla əlaqə

077 611-55-22

[email protected]