Müsahibə

Türkiyə Azərbaycanda hərbi baza qura bilər? - ŞƏRH

30-04-2016, 13:26
Türkiyə Azərbaycanda hərbi baza qura bilər? - ŞƏRH
Bir müddət öncə - cəbhədə vəziyyət gərginləşəndən sonra Türkiyənin Azərbaycanda hərbi baza qurması ilə bağlı mövzu yenidən gündəmə gəldi. 

Bu məsələni Qaynarinfo.az-a şərh edən politoloq Ərəstun Oruclu bildirib ki, belə bir bazanın qurulması mümkün deyil: "Türkiyənin Azərbaycanda hərbi baza qurması mümkün deyil. Çünki Türkiyə NATO ölkəsidir və ondan icazəsiz bunu edə bilməz. BU hərbi bazanın Azərbaycanda yerləşdirilməsi qeyri-mümkündür. Buna mane olan bir çox amillər var. Ən əsası Azərbaycanın Hərbi doktirinasında və Milli Təhlükəsizlik doktrinasında göstərilib ki, ölkə ərazisində heç bir xarici dövlətin hərbi bazası yerləşdirilə bilməz. Bu və bundan başqa bir çox manelər var".

Ərəstun Oruclu 

Politoloq Elxan Şahinoğlu isə öz şərhində Türkiyənin Azərbaycana hərbi baza yerləşdirməsini mümkün hesab edir: "Rusiyanın ölkəmizə təzyiqi ilə yanaşı, Dağlıq Qarabağ separatçılarına hərbi dəstəyinin aşkarlanması halında Türkiyənin Azərbaycanda hərbi baza qurması ilə bağlı rəsmi Bakının Ankara ilə təmaslara başlaması vacib olacaq. Bu o deməkdir ki, Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirib-yerləşdirməyəcəyi Moskvanın ölkəmizə yönəlik siyasətindən asılı olacaq. Məsələn, Ermənistan yenə Naxçıvana qarşı təxribata əl atsa, ilk olaraq Türkiyənin Naxçıvanda hərbi bazası qurulmalıdır ki, düşmən və onun dəstəkçisi yerini bilsin. 

Elxan Şahinoğlu

Bəziləri deyirdilər ki, Türkiyə NATO üzvüdür və guya bu qurumun kollegial qərarı olmadan təşkilata üzv olmayan ölkədə hərbi baza yerləşdirilə bilməz. Baş nazir Əhməd Davudoğlu dünən Qətərə səfəri zamanı elan etdi ki, Türkiyə Qətərdə hərbi baza qurub. Bu iki dövlət arasında bir müddətdir aparılan danışıqların məntiqi nəticəsidir. NATO üzvü Türkiyə Qətərdə hərbi baza yerləşdirirsə, müxtəlif təhlükələrlə üzləşən strateji müttəfiqi olan Azərbaycanda niyə yerləşdirməsin?"

Qafqaz Rafiqoğlu 
Qaynarinfo.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]