Ölkə

Buna əl atmayın! 700 manat cərimə və 2 il həbs (VİDEO)

16-10-2015, 19:29
Azərbaycanda sığorta dələduzluğu halları artıb. Yəni elə insanlar var ki, öz əmlakını sığortalayır, sonra ona özü zərər vururlar və sığorta şirkətindən pul tələb edirlər. Məlum məsələdir ki, bu cür quramalar sonda vətəndaş üçün uğursuzluqla nəticələnir. Bu yola əl atmaq fikrində olanlar etdiklərinin cinayət olduğunu bilməlidirlər.

Bənzər qurama başqa bir vətəndaş tərəfindən əmlakla bağlı edilib. Satılmayan malları anbarda yandıraraq, onların qısaqapanma nəticəsində məhv olduğunu iddia edib. Hər iki fakt müştərinin uğursuzluğu ilə nəticələnib.

Sığortaçı deyir ki, real faktları saxtalardan ayırmaq çətin deyil. Çünki bu tip hadisələrin araşdırılmasına sığorta şirkətlərinin ekspertləri ilə yanaşı, hüquq mühafizə orqanları və müstəqil mütəxəssislər də cəlb edilir.

Hüquqşünas Mehdi Eyvazlı isə deyir ki, bu cür faktlar cinayət məcəlləsinin 178 - ci, yəni dələduzluq maddəsi ilə tənzimlənir. Onun törədilməsinə görə 100 manatdan 700 manata qədər cərimə və 2 ilə qədər həbs nəzərdə tutulur. Hətta belə əmələ cəhd belə cəzasız qalmır.

Yəni saxta yolla maliyyə əldə etmək istəyənlər bilməlidirlər ki, bu onları təkcə əmlakından məhrum etməyəcək. Xezerxeber.com/

Administratorla əlaqə

077 611-55-22

[email protected]