Ölkə

Azərbaycan əhalisinin sayı açıqlandı

15-10-2015, 19:00
Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 73 min nəfər və ya 0,8% artaraq bu il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 666 min nəfərə çatıb.

Bizimyol.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir.

Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir.

Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

Bu ilin yanvar-avqust ayları ərzində ölkədə 109 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,2 təşkil edib. Doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizini qız uşaqları təşkil edir. Doğulan körpələrdən 1970-i əkiz, 63-ü isə üçəmdir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilin yanvar-avqust ayları ərzində 37,2 min ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]