Avto

Müşviq Rəhimovun təkər biznesi

23-03-2016, 20:18

Eyni vəziyyət Astara və Qırmızı Körpü və bir sıra şimal keçid məntəqələrində də hökm sürür.

Ölkənin bir sıra gömrük keçid məntələrində Müşviq Rəhimovdan başqa heç kimə ölkəyə təkər gətirmək isazəsi verilmir.

Müşviq Rəhimovun biznesi təkcə nömrə satmaqla sərhədlənməyib. Dövlət nömrə nişanlarını qara bazarda 100 qat baha qiymətə satdıran və əldə etdiyi külli miqdarda korrupsiya vəsaitini həmçinin leqal biznes sahəsinə də yönləndirib.

Azərbaycanda məmurların ölkə qanunvericiliyinə zidd olaraq bizneslə məşğul olması artıq ənənə halını alıb. Qanunla dövlət vəzifəsində işləyən məmurun bizneslə məşğul olması qadağan olunsa da bu qanunun kağız üzərində olduğu ölkəmizdə hər kəsə aydındı. Çünki Azərbaycanda iri biznes sahibləri və bazarda monopoliyaya sahib olan biznes qurumları bir qayda olaraq məmurlara məxsusdur və bu heç kimə sirr deyil. Sirr deyil ki, məmurlar məhz öz vəzifə səlahiyyətlərindən istifadə edərək ölkə bazarında monopolist olaraq çıxış edirlər. Son illər məmurlar öz bizneslərini açıq-aşkar yaxın qohumlarının, dostlarının adına keçirtməklə bərabər bu biznesi çiçəkləndirməkdə davam etdirirlər.

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev dəfələrlə xəbərdarlıq edib ki, məmur xalqına və dövlətinə xidmət etməlidir. Ancaq prezidentimizin bu xəbərdarlığını qulaqardına vuran məmurlarımız aşkar şəkildə öz qohum-əqrabalarının bazarda monopoliya sahibi olması üçün bütün adminstrativ səlahiyyətlərindən maksimum istifadə edirlər.

Dövlət orqanında işləyə – işləyə bizneslə məşğul olan məmurlardan biri də Dövlət Yol Polisinin İmtahan-Qeydiyyat şöbəsinin rəisi Müşfiq Rəhimovdur. Qeyd edək ki, Müşviq Rəhimovun biznes fəaliyyəti ilə bağlı mətbuatda daha əvvəllər də sensasion xarakterli məlumatlar yaylıb. Amma Müşviq Rəhimov bütün bu yazılara susqunluqla cavab verib və mətbu orqanlarda yayılan məlumatlarla bağlı hər hansı bir şəkildə mövqe bildirməməklə əslində ictimai rəyə və ölkə qanunlarına bir daha hörmətsizlik nümayiş etdirib. Qeyd edək ki, Müşviq Rəhimov öz sərvətini əsasən qiyməti 25-150 manat arasında olan avtomobillər üçün dövlət nişanı nömrələrini qara bazarda 2000-25 000 manat arası satdırmaqla qazanıb. Əslində dövlətin milyonlarını mənimsəyən məmurların övladları Ərəb şeyxlərindən geri qalmayaraq avtomobil nömrələrinə yüz min manatlarla pullar xərcləməkləri ölkəmizdə adi bir hala çevrilib və hamı bilir ki, bu varlı məmur övladları arasında geniş yayılmış dəbdir. Bu inanılmaz asan «biznes» sayəsində Müşviq Rəhimov ölkənin varlı məmurları arasında əsas yerlərdən birini alıb və təbii ki, Müşviq Rəhimovun biznesi təkcə nömrə satmaqla sərhədlənməyib. Dövlət nömrə nişanlarını qara bazarda 100 qat baha qiymətə satdıran əldə etdiyi külli miqdarda korrupsiya vəsaitini həmçinin leqal biznes sahəsinə də yönləndirib. Hətta bir sahədə monopoliyaya belə sahib olub.

AzFakt.com saytına Müşviq Rəhimovun bazarda monopolist olduğu yeni biznes sahəsi ilə bağlı maraqlı məlumat daxil olub. Saytımıza özəl mənbələrdən daxil olan məlumata görə Dövlət Yol Polisinin İmtahan-Qeydiyyat şöbəsinin rəisi özünə başqa biznes sahələridə yaradıb. Bu biznes sahəsi isə, avtomobil təkərlərinin satışıdır. Əldə etdiyimiz məlumata görə Bakı şəhərində və Lənkəranda əsas topdan satış mərkəzi olan bu təkər satışı mağazalarına Müşfiq Rəhimova məxsusdur və demək olar ki, Müşviq Rəhimov bazarda bu sahədə monopoliyaya sahibdir. Azərbaycanda bir qayda olaraq dünya bazarından bir dəfə artıq qiymətə satılan təkər bazarında isə karlı gəlirin olduğu bildirilir.

Mənbəmiz iddia edir ki, Müşfiq Rəhimov ölkəyə gətirdiyi təkərləri Dövlət Gömrük İdarəsindəki əlaqələrindən istifadə edir və bu əlaqələrindən yararlanaraq bu biznes sahəsində monopolistə çevrilib. Misal üçün, mənbə bildirir ki, Sumqayıt Gömrük İdarəsində Müşviq Rəhimovdan başqa heç kimə ölkəyə təkər gətirmək isazəsi verilmir. Eyni vəziyyət Astara və Qırmızı Körpü və bir sıra şimal keçid məntəqələrində də hökm sürür.

Bildirilir ki, Müşfiq Rəhimov avtomobil təkərlərinin biznesindən əldə etdiyi vəsaitin bir hissəsini məhz Dövlət Gömrük Komitəsindəki dostları ilə bölüşür.Əslində bu biznesin bir tərəfi məhz Gömrük Komitəsində Müşfiq Rəhimova yaxın olan şəxslərədə gedib çıxır. Məsələ ilə bağlı araşdırmamız davam edir.Yaxın günlərdə Müşfiq Rəhimovun biznesi barədə daha ətraflı məlumatlar verəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (AzFakt.com)

Administratorla əlaqə

077 611-55-22

[email protected]