Mədəniyyət

Nadir Qafarzadə: "Ailə dağıldı, özümü atılmış kimi hiss edirəm" (VİDEO)

14-10-2015, 09:30
Sevilən ifaçı bunları söyləyib: "Bir zamanlar mehriban yaşayan, 7 uşaqdan ibarət ailə dağıldı. Özümü atılmış, unudulmuş kimi hiss edirəm. Mən çox qohumbaz, qardaş-bacı sevən oğlanam. Zaman belə gətirdi, təəssüf ki. Bu klip məni uzaqlara apardı, düşündürdü, öldürdü. Kaş mən klipə baxmamış sizə müsahibə verərdim, çox ağırlaşdım".

Nadir bu açqılamaları yeni klipinin təqdimatında edib. Klipin təqdimatı 1 saylı psixoloji və nevroloji yaşayış müəssisəsində gerçəkləşib. Nadir Qafarzadə yeni klipini gözyaşları ilə izləyib.

Kameramızdan yayınmayan məqamlardan biri də, bir neçə vaxtdır küsülü olan rəqqasə Fatimə ilə Nadirin görüşü oldu. Onlar bu görüşdə bərk-bərk qucaqlaşdılar. Fatimə Nadirin gözyaşlarını sildi.

Küsülü həmkarların xoş olmayan münasibətinə rəqqasə Fatimə aydınlıq gətirdi: "Heç nədən yaranıb bu vəziyyət. Bir-birimizə salam vermədiyimizə görə olub. Çünki biz bir yerdə əziyyət çəkmişik".

Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]