İslam

Elmdə sensasiya: Allahın məhv etdiyi şəhər tapıldı – FOTO

14-10-2015, 09:16
“Allahın lənətlədiyi və məhv etdiyi” kimi tanınan şəhərin qalıqları İordaniyanın Təll əl Həmmam şəhərinin yaxınlığındadır.
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, bu məkanda arxeoloji qazıntılar 2005-ci ildən bəri aparılır.
Arxeoloji qrupun rəhbəri Stiven Kollinzin dediyinə görə, axtarışların “açar”ı İncildəki məlumatlar olub.
“Sodom və Homorra zəngin şəhərlər olub. Sodom ətrafındakı yaşayış məntəqələri arasında ən böyük şəhərdi və dəniz səviyyəsindən 400 metr yüksəklikdə, dağların arasındakı İordan vadisində yerləşirdi. Tell əl Həmmamın yaxınlığındakı xarabalıq qalıqları da İncildə Sodomun məhv olunduğu tarixə uyğun dağılmış şəhərin qalıqlarıdır.
Müqəddəs kitablarda bildirilir ki, bir-birlərinin yaxınlığında yerləşmiş Sodom, Homorra, Adma, Sevoim və Bela şəhərlərində qanunsuzluqlar, əxlaqsızlıqlar, zinakarlıq, qəddarlıq, yalançılıq baş alıb getdiyi üçün bu şəhərlər Allahın qəzəbinə gəlmişdi.


(cumhuriyyet.az)

Elmdə sensasiya: Allahın məhv etdiyi şəhər tapıldı – FOTO

Administratorla əlaqə

077 611-55-22

[email protected]