Mədəniyyət

İlkin Həsəni: “Filmimizdə 18+ söhbətlər yoxdur”

4-03-2016, 15:04
Teleaparıcı İlkin Həsəni "Bozbaş Pikçers”-in ərsəyə gətirdiyi, fevralın 29-da təqdimat mərasimi keçirilən  "Axırıncı yol” filmi haqda təəssüratlarını bölüşüb.

Xeberman.com xəbər verir ki, jurnalistlərə açıqlama verən teleaparıcı bildirib ki, reklamı az olan ekran işi tamaşaçı rəğbəti qazana bilib:

"Reaksiyalar çox gözəl oldu. Filmi seansdan çıxmış tamaşaçı ən gözəl reklam edə bilər. Televiziya, radio, bilbord, avtobus üstlərində təqdim olunan reklam yersizdir. Biz ötən il "Ay brilliant” filmini bu cür reklam etmişdik. Bu dəfə isə tamaşaçıların fikrinə önəm verdik, onlar da bəyəndi. Təbii ki, tənqidlər də oldu, onlara cavabımız da var.  Bəzi kinoteatrlar filmimizi nümayiş etdirməyə tərəddüd edirdi. Sonra fikirlərini dəyişdilər. Martın 4-dən ayrı-ayrı kinoteatrlarda filmimizin 40-a yaxın seansı yer alıb”.

Həsəni qeyd edib ki, "Ay brilliant” filmindən fərqli olaraq "Axırıncı yol”da kobud və vulqar ifadələrə yer verməyib: "Ay brilliant” filmi vulqar və qurşaqdan aşağı ifadələrə görə tənqid olundu. O zaman söz verdim ki, növbəti filmdə bu cür ifadələrə yer ayırmayacağıq. Ekran işində bu cür ifadələr, demək olar ki, yoxdur. Mədəniyyət Nazirliyindən yayım lisenziyası alan zaman o kriteriyalara nəzər yetirilir. Film 12+ olduğu üçün qeyd etmişdik ki, ailəvi filmdir.  Şükür Allaha ki, ailəsi ilə film izləyən dostlarımız razılıq edir. Filmimizdə 18+ söhbətlər yoxdur, ssenaridə olsa da, çıxartdıq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]