Mədəniyyət

Bakıdakı Rostropoviç festivalı ləğv olundu

4-03-2016, 00:41
Bu il Bakıda Beynəlxalq Mstislav Rostropoviç festivalı keçirilməyəcək.

Virtualaz.org İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə festivalın bədii rəhbəri Olqa Rostropoviç bildirib.

"Təəssüf ki, indi hər yerdə tüğyan edən böhranla əlaqədar bu il Bakıda festival keçirilməyəcək. Ümid edirik ki, Mstislav Leopoldoviçin yubileyinin təsadüf etdiyi gələn il festivalı yenidən keçirməyə müvəffəq olacağıq”, - o deyib.

Xatırladaq ki, sonuncu-səkkizinci Rostropoviç festivalı Bakıda 2015-ci ilin may ayında keçirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]