Mədəniyyət

Aşıq Azər Xanlaroğluna kömək məqsədilə xeyriyyə konserti keçiriləcək

3-03-2016, 02:13
Aşıq Azər Xanlaroğlunun səhhətinin pisləşməsi həmkarlarını hərəkətə gətirib. Aşıq Azərə kömək məqsədilə martın 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xeyriyyə konserti təşkil ediləcək.

Bu barədə "Report"a Mahnı Teatrından məlumat verilib.

Konsertin təşkilatçısı milət vəkili Qənirə Paşayevadır. Konsertin aparıcılığını Əkbər Qoşalı edəcək.

Xeyriyyə konsertində Aşıq Azərin sənət dostları, aşıqlar, musiqiçilər, mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.

Əldə edilən vəsait vəziyyəti ağır olan Aşıq Azərin müalicəsinə xərclənəcək.
Qeyd edək ki, Aşıq Azər Xanlaroğlu 3 ildir "Hepatit" xəstəliyindən əziyyət çəkir. Son zamanlar ayağında yaranan kəskin şiş və piylənmə aşığı yataq vəziyyətinə salıb. Həkimlər aşığın müalicəsinin İsraildə olduğunu bildiriblər. Məhz bu səbəbdən millət vəkili Qənirə Paşayeva Aşıq Azərin müalicəsinə dəstək məqsədilə xeyriyyə konsertlərinin keçirilməsi təşəbbüsüylə çıxış edib.

Aşıq Azərin sənət dostları bu fikri dəstəkləyiblər. Aşıq Azər Xanlaroğlunun adına bankda hesab açılıb.

Xatırladaq ki, Azər Xanlaroğlu Azərbaycanın tanınmış aşığı, mərhum Xanlar Məhərrəmovun oğludur

Administratorla əlaqə

077 611-55-22

[email protected]