Analitika

“Onun ölümündən sonra təhlükə hissi məni həmişə təqib edib”

3-03-2016, 00:34
İlqar Altay: "Elmar Hüseynovun qətl işi açılmalıdır”


İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq və kriminalist İlqar Altay Moderator.az-a açıqlamasında jurnalist Elmar Hüseynovun qətli ilə bağlı cinayət işinin açılmasının vacibliyini bildirib. İ.Altayın qənaətincə, əks-təqdirdə cəzasızlıq halı digər jurnalist və tədqiqatşılara qarşı da qətl və zorakılıq meyillərini sitimullaşdıra bilər:

"Elmar Hūseynovun qətli xūsusi diqqət və əsaslı, ixtisaslı mustəqil təhqiqat tələb edən məsələdir. Çūnki bu insan xūsusilə fərqli ictimai əhəmiyyətli jurnalist olmaqla yanaşı, onun ölūmū ilə bağlı bir o qədər də, xūsusilə absurd çaşdırıcı versiyalar irəli sūrūlməklə araşdırmalar aparılıb.
Məsələn, yalnız bir faktı-Teymuraz versiyanı götūrək. Necə ola bilər ki, Elmar kimi, beynəlxalq diqqətin və nəzarətində olan tanınmış ictimai dəyərli jurnalisti öldūrmək səviyyə və ixtisasna malik peşəkar killerlər qətldən öncə qapını döyūb, Elmar barədə ailəsindən sorgu-sual edib, özlərini göstərib, məqsəd-planlarını nişan versinlər?

Bu harada, kriminalistika tarixində hansı peşəkar killer davranışında görūnūb? Şəxsən, bir elmi dərəcəli hūquqşūnas, ekspert-kriminalist olaraq təcrūbəmdə belə şeyə rast gəlməmişəm. Bu variantı Rusiyada çalışdığım dövrdə, yalnız ki, "alkaş", məsuliyyətsiz, həyatından bezmiş birisinin qonşusunu öldūrməkdən qabaqkı davranışinda görmūşəm.

Jurnalist Elmar Hūseynovun qətli ətrafındakı mūəmmalar araşdırılıb, bu səs-kūylū, ictimai ağrılı cinayət açılmalıdır ki, cəzasızlıq halı digər araşdırmaçı jurnalist və mūstəqil ixtisaslı təhqiqatçıların da həyatını təhlūkədə qoymasın.
İlk dəfə açıq bildirirəm ki, Elmarın ölūmūndən sonra, öz ūzərimdəki belə bir təhlūkə hissi məni həmişə təqib edib. İran, Rusiya, xaric və ya daxildən, fərq etmir...”

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]