Avto

50 min dollara maşınına dövlət nömrə nişanı alan hansı millət vəkilidir

29-02-2016, 23:33
Azərbaycanda məmurlarımızın dövlət büdcəsi hesabına var - dövlət əldə etmələri artıq adi hala çevrilib. Vətəndaş yaxşı bilir ki, heç bir məmur dövlətdən aldığı əmək haqqı hesabına bu qədər cah cəlal, var dövlət mal-mülk əldə edə bilməz. Çünki söhbət yüz minlər yox milyonlardan gedir. 
Bu gün ölkənin bütün rayonlarındakı büdcə təşkilatlarına rəhbərlik edən şəxslərin göz qamaşdırcı həyatları, lüks avtomobilləri, dəbdəbəli imarətləri var. Yerli idarə müdirləri il böyü büdcə pullarını oğurlmaqla özlərinə əməlli başlı lüks həyat qurublar. Ancaq son aylar Dövlət başçısı İlham Əliyevin məmurların korrupsiyaya bulaşması və məhz büdcə vəsaitlərinin hesabına özlərinə dəbdəbəli həyat qurmalarnın dilə gətirməsi onu göstərir ki, prezident artıq harınlamış məmurlara qarşı tədbirlər görmək niyyətindədir. Çünki ölkənin bu günki reallığı kiçik məmurla sadə vətəndaşın arasında çox böyük bir uçurumun olduğunu göstərir.Bu isə gələcəkdə soial partlayışa, vətəndaşların narazılığına gətirib çıxardan amillərdən biridir.
Söhbət elə deputatlara da aiddir. Minimum istehlak səbətinin qiymətini hesablayanlar maksimum səbətlə yaşayır.
Krizisin onlardan bəzilərinə heç aidiyyatı yoxdur.
Məsələn,Masallı rayon deputatı Nəriman Əliyevlə bağlı Reportyor.org- a ilginc məlumat daxil olub. Mənbənin iddiasına görə, millət vəkili şəxsi avtomobilinə dövlət nömrə nişanı alması üçün külli miqdarda pul xərcləyib. Beləki, məlumatda deyilir ki, Nəriman Əliyev maşınına 90 AA 133 dövlət nömrə nişanını almaq üçün 50 min dollar verib. Ona bu işdə Müşviq Novruzov köməklik edib. Hətta deyilənə görə bunun üçün millət vəkili bir neçə gün Müşviq Novruzova minnətçi düşdüyü də deyilir. Maraqlıdır ki, sözügedən dövlət nömrə nişanı «zerkalnı»lar sırasında deyil. Və 133 rəqəminin hansı məna daşıdığı da naməlumdur. Həmçinin onun qardaşı oğlunun da «zerkalnı» nömrə həvəskarı olduğu deyilir. Azerinews.tv-ni bilgiləndirən mənbənin məlumatına görə, deputat qardaşı oğluna da 70 minmanata 99-999 dövlət nömrə nişanı alaraq hədiyyə edib.
Onuda qeyd etmək yerinə düşər ki, Nəriman Əliyev ata evinin qarşısından keçən Masallı rayonunun 10-dan artıq kəndi birləşdirən Digah yolu bərbad haldadır . Və həmin kəndin sakinləri onun deputat olduğu illərdə birdəfə də olsun üzünü görməyib. Burdan da belə qənayətə gəlmək olar ki, doğulduğu kəndin acınacaqlı halını görməzdən gələn Nəriman Əliyev, 200 minlik rayon əhalisinin halına heç yanmaz. Bildirək ki, övladlarına villalar tikdirən, dəbdəbəli saraylarda yaşayan, bahalı avtomobillər və böyük biznes sahibi olan Masallı rayon deputatı Nəriman Əliyev MM-də lal deputatlar arasında ön sıralarda yer alır...
Qarşı tərəfidə dinləməyə hazırq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]