Reportaj

Nardaranda olay - “Polislər Pirin Hüseyniyyənin qapılarını bağlayıb işıqlarını söndürdülər." (Yeniləndi)

22-02-2016, 23:34
Nardaranda olay -  “Polislər Pirin Hüseyniyyənin qapılarını bağlayıb işıqlarını söndürdülər." (Yeniləndi) 23:34, 22-Fevral-2016
Xeberman.com xəbər verir ki, bu gün Nardaranda yenə xoşagəlməz hadisə yaşanıb. Belə ki, bu gün şam namazından sonra Hz Fatimənin (s.ə) əzadarlıq mərasiminə cəm olan mömin və möminələr Nardaranda yerləşən, Nardaran piri Hüseyniyyəsindən uzaqlaşdırıblar. Əvvəl hər şey olduğu kimi davam edirmiş. Camaat moizə dinləyib, salavatlar zikr edib. Amma sonra isə…
Sonrasını hadisə zamanı orada olan möminlər belə deyir: "Moizə oldu. Mərsiyyə deyilən zaman, 7-8 nəfər polis nəfəri içəri daxil olaraq məclisi dayandırdılar və bu işə icazə olmadığını qeyd etdilər.Mərsiyyə yarımçıq qaldı və Xanım Zəhranın (s.ə) məclisini keçirtməyə qoymadılar. Hamı evinə getdi…”
Bunu da qeyd edək ki, bu hadisə sosial şəbəkələrdə böyük etiraza səbəb olub. Nardaran möminləri bu özbaşnalığa son verilməsini tələb edirlər. 
QEYD: Məsələ ilə bağlı qarşı tərəfin də fikrini səsləndirməyə hazırıq.

Saat gecə 2:18 , 22-Fevral-2016
Saytımıza daxil olan məlumatda Nardaran sakini yazır: "Polislər Pirin Hüseyniyyənin qapılarını bağlayıb işıqlarını söndürdülər. Ağsaqqallar camaatı səbirli təmkinli olmaqa səslədi. Hamı Hüseyniyyədən çıxa-çıxa Xanım Zəhrayə (s) bu zalımlardan şikayət edirdi.”
Məlumat olduqca yenilənəcək. Bizi izləyin

Administratorla əlaqə

077 611-55-22

[email protected]