Müsahibə

Aqşin Babayev: Idmançı rinqə çıxanda alqış sədaları olur, amma mən rinqə çıxarkən dini mahnı olur deyə tam sakitçilik olur.

9-02-2016, 01:10

Aqşin Babayev:  Idmançı rinqə çıxanda alqış sədaları olur, amma mən rinqə çıxarkən dini mahnı olur deyə tam sakitçilik olur.Dəfələrlə dünya və Avropa çempionu olmuş, MMA qaydasız döyüş növü üzrə mütəxəsiz  Aqşin Babayevin Xeberman.com saytına   müsahibəsini oxuyuclara təqdim edirik.

1)Siz idmanın hansı növü ilə məşğul olursunuz?

 

MMA qaydasız döyüş növü ilə məşğul oluram.

 

2) İdmanın MMA qaydasız döyüş növü ilə neçə ildir ki, məşğul olursunuz?

2006-cı ildən MMA qaydasız döyüş növü ilə məşğul oluram. Demək olar ki, on ildir MMA qaydasız döyüş növü ilə məşğul oluram.

Aqşin Babayev:  Idmançı rinqə çıxanda alqış sədaları olur, amma mən rinqə çıxarkən dini mahnı olur deyə tam sakitçilik olur.3) Məşqçilik fəaliyyəti ilə neçə ildir məşğul olursunuz?

2013-cü ildən məşqçi kimi fəaliyyət göstərirəm. Artıq üç ili tamam olub məşqçilik fəaliyyətimin.

4) Tələbələrinizin uğurundan bir az danışardınız!

Son üç ildə tələbələrimin uğurları çox olub. Misal üçün deyə bilərəm ki, 2015-ci ildə MMA GAPPLİNG kubokunu tələbələrimlə birgə qazanmışıq. Bundan əlavə tələbərimin  içində dünay və avropa çümpeonları var. Belə deyək üç il ərzində bir məşqçi kimi naliyyətlərimiz çoxdur.

Aqşin Babayev:  Idmançı rinqə çıxanda alqış sədaları olur, amma mən rinqə çıxarkən dini mahnı olur deyə tam sakitçilik olur.5) Məşqçilikdən əlavə bir idmançı kimi siz öz uğurlarınızdan danışardınız!

Bir idmançı kimi mən məşqçi olmamışdan qabaqda indidə yarışlarda iştirak edirəm. Bir çox naliyyətlərim var. Hal-hazırda həmin naliyyətlərlə qane olmuram, yeni naliyyətlər qazanmaq üçün əlimdən gələni edirəm.

6) Ən son uğurunuz nədən ibarət olub?

Ən son uğurum 2015-ci il noyabr ayında Türkiyənin  Antalya şəhərində   qaydasız döyüşün MMA növü üzrə dünya çempionatında Azərbaycanı mən və üç tələbəm təmsil etmişik və dördümüzdə qızıl medal qazanmışıq.

Bu il ilk uğurum yanvar ayının 22-də Çinin Pekin şəhərində porfessional döyüşdə iştirak eləmişəm və ordada çin  idmançısı ilə qarşılaşmışam və ona qalib gəlib , qızıl medala sahib oldum. Xoşları gəlib döyüşümdən və mart ayında  yarışa dəvət ediblər. İnşallah orada qələbə qazanacağıma ümid edirəm.

7)Bir idmançının uğur qazanmağı üçün hansı şərtlər lazımdı?

Çalışmaq, əziyyət çəkmək lazımdı ki, həmin titulları qazanmaq lazımdı.

Aqşin Babayev:  Idmançı rinqə çıxanda alqış sədaları olur, amma mən rinqə çıxarkən dini mahnı olur deyə tam sakitçilik olur.8) Rinqə çıxarkən özünüzü mənəvi, psixoloji cəhətdən hazırlamaq üçün hansı vasitələrdən istifadə edirsiz?

Hər bir idmançı rinqə çıxanda onu ruhlandıran mahnı sədaları altında çıxır. Məndə özümə HZ Əli (ə) şəninə oxunan mahınları seçmişəm. Bu mahnı mənə iki qat daha çox kömək edir. Bundan əlavə hər bir idmançı rinqə çıxanda alqış sədaları olur, amma mən rinqə çıxarkən dini mahnı olur deyə tam sakitçilik olur.

9)Siz rinqə çıxarkən həm Milli bayrağımızı, həmdə mənəvi dəyərimizi təmsil edirsiniz. Bu tamaşçılarda hansı təəsüratları qoyur  ?

Bəli bu anlarda çox xoş təəsuratlar qoyur. Dostlar tanışlar bu barədə mənə sualarda verirlər. Bəli biz bununla mənəvi təəsuratlar bağışlaya bilirik.

Aqşin Babayev:  Idmançı rinqə çıxanda alqış sədaları olur, amma mən rinqə çıxarkən dini mahnı olur deyə tam sakitçilik olur.10) Aqişin müəllim bu gün ki, gündə məşqçi kimi fəaliyyət göstərirsiniz. Tələbələrinizlə necə işləyirsiniz? Onlara ancaq fizik gücünü artırırsınız?

Xeyir mən tələbələrimi birinci psixoloji cəhətdən hazırlayıram mənim tələbərimin çoxu namaz qılan, tərbiyəli uşaqlardı. Bu zala kim gəlir hamı onların tərbiyəsini görür. Bir məşqçi kimidə hər şey göz qabağındadı üç ildə mənim Avropa və Dünya çempionlarım var, dəfələrlə respublika çempionlarım var . İnşallah bu ildə respublika Bakı çempionlarım olacaq. Inşallah inanıram ki, gələcəkdə tələbələrimin böyük əksəriyyəti  Dünya, Avropa çempionları olacaq

Allahın köməkliyi ilə.

 

Müsahibəni hazırladı

Xıdır Süleyman

Aqşin Babayev:  Idmançı rinqə çıxanda alqış sədaları olur, amma mən rinqə çıxarkən dini mahnı olur deyə tam sakitçilik olur.
Aqşin Babayev:  Idmançı rinqə çıxanda alqış sədaları olur, amma mən rinqə çıxarkən dini mahnı olur deyə tam sakitçilik olur.
Aqşin Babayev:  Idmançı rinqə çıxanda alqış sədaları olur, amma mən rinqə çıxarkən dini mahnı olur deyə tam sakitçilik olur.
Aqşin Babayev:  Idmançı rinqə çıxanda alqış sədaları olur, amma mən rinqə çıxarkən dini mahnı olur deyə tam sakitçilik olur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]