Müsahibə / Mədəniyyət

Elvin Mikayıl: Mənim çəkdiyim filimi tənqid edənlərə normal baxmıram

15-01-2016, 19:45
Elvin Mikayıl: Mənim çəkdiyim filimi tənqid edənlərə normal baxmıram

Müsahibimiz "Merac ilahi nəğmələr qurupun”un təsisçlərindən, rejissor və ssenarist Elvin Mikayıldır.

Elvin bəy, siz incəsənətin hansı növü ilə məşğul olursunuz ?

-Əsas film çəkirik, kliplər çəkirik, reklam və s. çəkilişlərimiz olur. Bundan əlavə ilahi nəğmələrdə ifa edirik.

Siz indicə qeyd etdiyiniz istər film rejisorluğu olsun ,istərdə klip dedikləriniz bu sahə ilə nə vaxtdan məşğul olmusunuz?

-Demək olar ki, mənim uşaq yaşlarından bu sahəyə marağım olub. On yaşımdan bu sahəyə marağım olduğundan kompyuter alıb filim montajı və çəkilişini öyrəndim. Daha profisonal şəkildə isə 2013-cü il dən məşğul olmuşam. Həmin ildən bir çox kliplər və qısa metrajlı filmlər çəkmişik.

Elvin Mikayıl: Mənim çəkdiyim filimi tənqid edənlərə normal baxmıramOxumağa nə vaxtdan başladınız?

-Demək olar ki, oxumağada o yaşdan başlamışam . Uşaq vaxtı Maksunun, İbrahimin mahnılarına qulaq asırdım və onların mahnılarını oxuyurdum. Sonradan isə dini mahnı oxumağa başladıq həmin vaxt "Mehrac” dini mahnılar qurupu yaratdıq.  İndi həmin qurupda Aslan Aşiqlə bir yerdə fəaliyyət göstərik.

"Mehrac " dini qrupu olaraq indiyə qədər neçə dini mahnı oxumusunuz və neçəsinə kilip çəkmisiniz?

-Biz "Mehrac qrupu olaraq 6-ya yaxın dini mahnı oxumuşuq .4- mahnıya isə klip çəkmişik. Misal üçün "Atam deyib Ya Əli” mahnısı ilə başlamışıq. Daha sonra "Sən kömək ol” , "Yalvarıram”, "Hüseyn məktəbi” və sair dini mahnılar oxumuşuq. Kiliplərdən isə "Mövla Əli”, "Yalvarıram” , "Atam deyib Ya Əli” ilahi nəğmələrimizə kilip çəkilib. Fikrimiz var ki, "Hüseyn məktəbi” adlı İlahi nəğməmizədə kilip çəklişlərinə başlayaq.

Elvin bəy, mənəvi mövzularla yanaşı siz vətənpərvərlik mövzuları ilə əlaqədar kilp, flim çəkmisiniz. Bunlar barədə də Elvin Mikayıl: Mənim çəkdiyim filimi tənqid edənlərə normal baxmıramdanışardız.

-Vətənpərvərlik mövzusunda rejisoru Zaur Tahirsoy çəkiliş və montajçı mən olmuşam. "Vətəni sevmək imandandı” adlı film çəkmişik. Bu filmi şəhidlərə həsr eləmişik. Bundan əlavə olaraq "Soyuq gecə” adlı terer çəkmişik. Bu filmində rejissoru Zaur Tahirsoy olub. "Taxta Tabut” adlı flim çəkirik,elə  vətənpərvərlik mövzusuna aiddir. Bu flimdə  Xocalıdan bəhs edilir.

"Taxta Tabut” filimi təxminən nə zamana yekunlaşar?

-İki həftəyə yekunlaşmalıdır.Çəkilişdən sonra mantaj işləridə olacaq. 26 fevrala qədər yekunlaşdırmağı nəzərdə tutmuşuq. Çalışacayıq ki,filmi  geniş audotoriyaya təqdim edək.

Elvin bəy dini mahnı oxuyan quruplar arasında özünüzə rəqib bildiyiniz quruplar varmı?

Elvin Mikayıl: Mənim çəkdiyim filimi tənqid edənlərə normal baxmıram-Təbii rəqabət yoxdur, çünki onlar bizim dostlarımızdır. Əhli-Beytdən oxuyan və insanları doğruluğa dəvət edən ilahi quruplar arasında rəqabət yoxdu, dostluq var.

Elvin bəy film çəkilişi və rejissorluğu sahəsində artıq ictimaiyyət arasında tanınırsınız.İndiyə qədər qısa metrajlı filimlərlə nə zaman bütöv metrajlı ,yəni bir və daha çox saatlıq film çəkməyi düşünürsünüz?

-Dediyiniz bir və yaxudda iki saatlıq film elə bu gündə çəkmək olar ,amma bunun maddi və texniki çətinliyi var. Bunun üçün böyük maliyyə lazımdır. 

Elvin bəy, Azərbaycanda çəkilən filmlərə  yerli əhali arasında maraq var?

-Belə deyərdim, Azərbaycanda film çəkilişləri son ildə başlayıb. Buna görə hal-hazırda film çəkilişləri zamanı müəyyən problemlər var. Misal üçün Türkiyədə, Hindistanda , Amerikada və s. ölkələrdə çəkilən filmlərə baxan tamaşaçı Azərbaycanda çəkilən filmdə o effekti görməyəndə bizim yerli filmlərə baxmaq istəmir. Bizdə ancaq yumoristiq filmlərə baxmaq istəyir. Ciddi filimlərədə baxanda bir çox hallarda gülürlər. Şəxsən mənim özüm bir filmə baxanda aktyordan və yaxudda ssenaridən çox filmdə olan effektlərə baxıram . Yəni bizim yerli filmlərdə effektlər çox zəifdir.

Bir çox halarda isə köhnə rejissorlar və aktyorlar bir çox insanları tənqid edirlər ki, rejisorların ali savadı yoxdur, yeni ixtisaslaşmış rejissor yoxdur, buna görə bizdə filimlər aşağı səviyyədə çəkilir. Buna münasibətiniz necədir?

Elvin Mikayıl: Mənim çəkdiyim filimi tənqid edənlərə normal baxmıram-Məndə normal baxıram ,amma baxır kimin üçün və necə. Misal üçün az öncə yuxarıda qeyd etdiyim filmləri mən çəkmişəm ,məhdud büccə ilə ,məhdud avadanlıqla bu filmdə təbii nöqsan olacaq. Amma mənim çəkdiyim filmi tənqid edənlərə normal baxmıram. Məndən fərqli olaraq geniş maddi və texniki bazası olan bir rejissorun hər hansı bir filmi çəkərkən nöqsana yol versə, bu tənqidi normal qəbul edirəm. Əgər maddi və texniki bazası olan bir filmdə hər hansı bir nöqsan olsa onda belə çıxır ki, ya filmin büccəsini özü yeyib, yada kiməsə yedizdirib. Belə olan təqdirdə film çox aşağı səviyyədə alınır.

Sizin filmlər və kliplər yerli tv kanallara çıxmasada, beynəlxalq kanallarda yayımlanır. Misal üçün türk tvlərində ,sosial şəbəkələrdə və s. İzləyici sizin çəkdiyiniz filmləri necə qarşılayır? 

-Belə deyim, mən tam olaraq bilə- bilmərəm ki, çəkdiyim filmlərə ,kliplərə insanların marağı necə oldu. Amma tanıdığım tamaşaçılarımızın çoxusu bəyənsədə tənqid edəndə olur.Bunada normal baxıram. Belə demək mümkünsə bizim kilplər və filmlər tvdə yayımlanmadığı üçün ancaq sosial şəbəkədə məhdud sayda adamlar baxır.Baxanlar arasında bəyənənlər daha çoxluq təşkil edir. Biz istərdik ki, bizim çəkdiyimiz vətənpərvərlik və mənəviyyat mövzusunda olan filimlər və kiliplər tvlərimizdə yayımlansın.

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]