Avto

Sürücülərin diqqətinə - radarlar silinir?

12-01-2016, 20:17

Sürücülərin diqqətinə - Sistemə yerləşdirilməyən MMX protokollar bir aydan sonra ləğv olunacaq

 

"Elektron protokol 1 aydan gec olmayaraq sistemə yerləşdirilməzsə, sürücü cərimə oluna bilməz”. Bunu ATV.az-a açıqlamasında yol hərəkəti üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, yeni İnzibati Xətalar Məcəlləsində yeniliklər var:

"Mayın 1-dən etibarən kamera və ya radarla qeydə alınmış sürücünün qayda pozuntusu elektron protokolla rəsmiləşdirildikdən sonra 1 ay müddətində sistemə (sürücünün elektron kabinetinə) yerləşdirilməzsə, onunla bağlı qərara xitam verilməlidir. Yəni, həmin sürücü bu qayda pozuntusuna görə cərimə oluna bilməz.

Bu sistemdə protokolu necəgəldi ləğv etmək söhbəti yoxdur. Elektron protokol yazıldıqdan sonra "Asan ödəniş” sisteminə ötürülür. Həmin protokol ödəniş sistemində hər bir sürücünün elektron kabinetində yerləşdirilir. Sürücü isə onu görüb, istədiyi vaxt cəriməni ödəyir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]