İqtisadiyyat

Yeni ildə dollar ucuzlaşacaq

30-12-2015, 23:27
Yeni ildə dollar ucuzlaşacaqDollar 2015-ci ili digər valyutalar qarşısında ucuzlaşaraq və bu ilki qazanclarının bir hissəsini geri verərək tamamlamağa hazırlaşır.

Xeberman.com-un məlumatına görə, bu barədə nüfuzlu "Bloomberg" agentliyi yazıb. Nəşrin məqaləsində qeyd edilir ki, ABŞ Mərkəzi Bankının (FED) faiz artırımına 2016-cı ilin ilk rübündə getmək ehtimalının 50%-dən aşağı olması ehtimalı dolların ucuzlaşmasına zəmin yaradıb.

İqtisadçıların fikrincə, çərşənbə günü açıqlanacaq hesabatda FED-in diqqətlə izlədiyi inflyasiyanın noyabr ayı üçün sürətləndiyi işarə olunacaq. İsveç kronu və Yeni Zelandiya dolları FED-in faiz artırımına getməsindən sonra 10 əhəmiyyətli pul arasında ən çox qazananlar olub. İngilis funt-sterlinqi və Kanada dolları isə əksinə ucuzlaşıb. 

Sidneydə National Australia Bank Ltd. şirkətinin eksperti Ray Atrilin fikrincə, bəzi investorların istəksiz olması dolların qiymətində azalmaya səbəb olub: "Əgər gələn il dollarda artım görmək istəyiriksə, o zaman FED ikinci faiz artırımını ilin ilk rübündə getməlidir. Əks təqdirdə gələn il dollar ucuzlaşmağa davam edəcək".

Administratorla əlaqə

077 611-55-22

[email protected]