Ölkə

H. Şəmsini 8 nəfər polis əməkdaşı ən pis nalayiq söyüşlərlə söyüb, təhqir etməklə yanaşı vəhşicəsinə döyüblər

20-01-2017, 01:14
H. Şəmsini 8 nəfər polis əməkdaşı ən pis nalayiq söyüşlərlə söyüb, təhqir etməklə yanaşı vəhşicəsinə döyüblərXeberman.comun verdiy məlumata görə ,Beynəlxalq Monitorinq Mərkəzi (İB) sədri Taleh Khasmammadov  öz facbook səhifəsində yazıb .Bu gün saat 17-30 radələrində bir nəfər mülki geyimli şəxs idarə etdiyi VAZ 2106 markalı avtomobillə Potu kənd ərazisində 17 yaşlı Həmidov Şəmsi Zakir oğluna yaxınlaşaraq onunla polis şöbəsinə getməyi tələb edib. Ş. Həmidov mülki geyimli şəxslə birlikdə Göyçay Rayon Polis Şöbəsinə gedib. Onu 3-cü mərtəbədə bir kabinetə salıblar. Həmin vaxt Şəmsini 8 nəfər polis əməkdaşı ən pis nalayiq söyüşlərlə söyüb, təhqir etməklə yanaşı vəhşicəsinə döyüblər. Ona bildiriblər ki, sən "goycay cars officional.pg” səhifsində DYP avtomobilinin şəklini yaymısan səhifənin parolunu ver, dərhal oradan silinməlidir. Ş. Həmidov əvvəlcə mobil telefonunu, daha sonra isə həmin səhifənin parolunu polis əməkdaşlarına ver məyə məcbur qalıb. Daha sonra telefonda olan şəkillərə baxış keçirən polislər serjant liçkasına xas fotonu gördükdən sonra Şəmsi ilə daha sərt davranaraq onu təkrar döyməyə başlayıblar. Ona bildiriblər ki, gecə saat 12 00-a qədər burada qalsan bu gecə sənə toy edəcəyik. Daha sonra dilə gətirilməsi mümkün olmayan söyüş və təhdidlərlə onu özündən gedənə qədər döyüblər. Elə həmin vaxt otağa başqa bir polis əməkdaşı daxil olub və digər polislərər deyib ki, "Vurmayın uşaqdır, bir səhvdir edib”. Başqa bir polis gəlib onu xəsarət almış görüb soruşub ki, bu uşağı kim döyüb bu günə qoyub?” sonra xəsarətlərinə baxıb. Baş verənlərdən təxminən 3 saat sonra işgəncəyə məruz qalan Şəmsi Həmidovun üst-başını təmizləyərək polis rəisinin kabinetinə aparıblar. Orada polis rəisi Sənan Əsədov soruşub ki, "Niyə belə iş tutursan? , polislərlə düşmənçiliyinmi var?”. Əlavə olaraq soruşub ki, "sənin nəslində polisə düşən adam varmı?”. Rəis "yox” cavabını aldıqdan sonra sual edib ki, "Bəs niyə belə hərəkət edirsən?” sonra onu yenidən döyüldüyü kabinetə qaytarıblar. Orada onun mobil telefonunu özlərində saxlayaraq onu sərbəst buraxıblar. Hal-hazırda işgəncəyə məruz qalmış Şəmsi Həmidovun üzündə, sol gözündə, kürəyində, böyründə, qolunda və ayağında xəsarətlər var. Həmçinin onun cinsiyyət orqanına təpiklə ağır zərbə də vurublar. Ağrılardan nəfəs alması çətinləşib və axsayaraq hərəkət edə bilir. O ümid edir ki, ona qarşı qanunsuzluğa yol vermiş polis əməkdaşları qanunamaüvafiq cəzalandırılacaqlar. İlk dəfə polis vəhşiliyinin qurbanı olan 17 yaşlı Şəmsi Həmidov pozulmuş hüquqları uğrunda sona qədər mübarizə aparacağına and içib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]