Dünya

Türkiyədə Millət vəkili özünü kürsüyə qandalladı – VİDEO

19-01-2017, 22:22
Türkiyədə Millət vəkili özünü kürsüyə qandalladı – VİDEO

Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya dəyişikliklər üzrə qanun layihəsinin müzakirələri zamanı maraqlı bir hadisə baş verib.

Xeberman.com Publika.az-a istinadən xəbər verir ki, Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş CHP-li, müstəqil millət vəkili Aylin Nazlıaka özünü kürsüyə qandallayıb.

Hadisə həbsdə olan millət vəkillərinin səsvermədə iştirak edib-etməyəcəyi barədə mübahisələr zamanı baş verib.

Nazlıaka aksiyanı davam etdirdiyi üçün müzakirələrdə 10 və 45 dəqiqə olmaqla iki dəfə fasilə yaranıb. Hazırda millət vəkilinin aksiyası davam edir.

A.M.

Administratorla əlaqə

077 611-55-22

[email protected]