Siyasət

Nardaran işi: Məhkəmə qeyri-müəyyən müddətə müşavirəyə gedib (FOTO VIDEO)

19-01-2017, 15:25
Nardaran işi: Məhkəmə qeyri-müəyyən müddətə müşavirəyə gedib  (FOTO VIDEO)Nardaran işi üzrə məhkəmə başlayır. Yenə həmişəki kimi, polislər canlı sədd çəkib.
Bu günkü prosesdə xarici ölkə səfirliklərinin nümayəndələri də iştirak edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin ("Nardaran işi”) məhkəməsi davam edir.
Xeberman.com-un verdiy məlumata görə,  bu günkü prosesdə xarici ölkə səfirliklərinin nümayəndələri də iştirak edir.
Prosesdə təqsirləndirilən şəxslərə bu gün höküm verilməsi gözləniri
 

 

Nardaran işi: Məhkəmə qeyri-müəyyən müddətə müşavirəyə gedib  (FOTO VIDEO)Məhkəmənin qarşısına yüzdən çox insan toplaşıb. Onların əksəriyyəti sinlərinə və kürəklərinə "Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadənən şəkillərini yapışdırıb. Əraziyə çoxsaylı polis nəzarət edir.


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı son sözündə deyib ki, onu nardaranlıları dəstəklədiyinə görə həbs ediblər.


Nardaran işi məhkəməsi

"Biz öz ideyalarımza görə buradayıq. İlham Əliyev rejimi onun siyasəti qarşısında boyun əyməyən hər kəsdə şəxsi təhlükə görür”, deyə Qəhrəmanlı bildirib.

O xatırladıb ki, əvvəllər də həbslərə məruz qalıb, amma onlar qısamüddətli olub. İndi isə hakimiyyət onu uzun müddətə həbs etməyi qərara alıb. Hakimiyyət belə addımlarla cəmiyyəti qorxutmağa çalışır.

"Qurbanlara hazır olmayan xalq azadlıq əldə edə bilməz”, deyən Qəhrəmanlı əlavə edib ki, onunla birlikdə mühakimə olunan dindarlar terrorçu deyil, hətta prokuror və hakim övladlarının da gələcəyini düşünən humanistlərdir.

Müttəhim Abbas Quliyev son sözlə çıxış edib, təqsirsiz olduğunu və polisdə işgəncələrə məruz qaldığını bildirib.

Onun sözlərinə görə, o, dəfələrlə ədalətsiz təqibə etiraz əlaməti olaraq intihar etmək istəyib: ikidəfə özünü asmaq istəyib, amma imkan verməyiblər. İki dəfə də damarlarını kəsib, amma onu xilas ediblər.

Bundan sonra məhkəmə hökm çıxarmaq üçün müşavirəyə çəkildiyini elan edib.

Amma hökmün nə vaxt açıqlanacağı elan edilməyib.

Nardaran işi: Məhkəmə qeyri-müəyyən müddətə müşavirəyə gedib  (FOTO VIDEO)
Nardaran işi: Məhkəmə qeyri-müəyyən müddətə müşavirəyə gedib  (FOTO VIDEO)
Nardaran işi: Məhkəmə qeyri-müəyyən müddətə müşavirəyə gedib  (FOTO VIDEO)

Administratorla əlaqə

077 611-55-22

[email protected]