Siyasət

Gülməmmədov: Seyfullah Türksoy Borçalıda Azərbaycanın mövqelərinin sarsıdılmasına qarşı planları reallaşdırmağa başlayıb

19-01-2017, 02:48
Gülməmmədov: Seyfullah Türksoy Borçalıda Azərbaycanın mövqelərinin sarsıdılmasına qarşı planları reallaşdırmağa başlayıbTürkiyə vətəndaşı, Çeçenistan Prezidenti Ramzan Kadırovun agenti, Gülən cammatı ilə yaxın əlaqələrə malik, həmçinin mafioz Sedat Pekarın dəstəklədiyi Seyfullah Türksoy, onun əlaltısı Selahettdin Turan, Gürcüstanın azərbaycan və qarapapaq türkləri yaşayan bölgələrində anti-Azərbaycan planlarının həyata keçirilməsinə başlayıb. Bu barədə mətbuata açıqlamanı Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri, Gürcüstan Türkləri Konfederasiyası (GTK) Ali Məclisinin üzvü Daşqın Gülməmmədov bildirib. Onun sozlərinə görə Türkiyədə qeydiyyatdan keçmiş KARPAT İctimai Birliyinin Sədri Seyfullah Türksoy, Baş katibi Selahettdin Turan və bəzi şəxslər gizli dairələrin məkrli planlarını həyta keçirmək üçün Borçalıda və Gürcüstanın türklər yaşayan digər bölgələrində, görünməmiş aktivlik nümayiş etdirilər. Çeçenistan Prezdenti Ramzan Kadırovdan və Türkiyədəki bəzi radikal dini qruplaşmalardan maliyyə alan Seyfullah Türksoyun əsas məqsədi Borçalıda anti-Azərbaycan əhval-ruhiyyəsi hazırlamaq və bölgədə Azərbaycanın ictima-siyasi, iqtisadi və mədəni mövqelərinin sarsıdlmasıdır. Bunun üçün artıq Borçalıdan və Bakıdan olan bəzi ictimai xadimlər və tanınmış adamlar pulla ələ alınaraq istifadə edilməyə başlayıb. Seyfullah Türksoy birbaşa anti-Azərbaycn yolu seçərək Borçalıda Azərbaycanın mövqelərinin sarsıdılmasına, gürcü-azərbaycanlı milli münaqişəsinin yardılmasına, həmçinin sünni-şiə qarşıdurmasının qızışdırlmasına rəvac verən planları reallaşdırmağa başladıb. Türkiyədəki bəzi mafioz dairələrdən, və tarnsmilli narkoticarətçilərin iştirak etdiyi bu gizli planın həyata keçirilməsi üçün ciddi maliyyə də ayrılıb

Administratorla əlaqə

077 611-55-22

[email protected]