Gündəm

Həkim deputatlardan HƏYƏCAN TƏBİLİ

18-01-2017, 14:15
Həkim deputatlardan HƏYƏCAN TƏBİLİ

"Gözün buynuz qişasının toxumalarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulduğundan xəstələri əməliyyat edə bilmirik. Buna görə də hazırda 2 987 xəstə gözləyir”.

Xeberman.com xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov deyib.

E.Qasımov deyib ki, həmin xəstələrin vaxtı gedir, təcili əməliyyat olunmalıdır:

"Əgər onlar zamanında əməliyyat olunmazlarsa, görmə qabiliyyətlərini itirə bilərlər. Bu məhdudiyyətin aradan qaldırılması müsbət amil ola bilər. Həmin xəstələrin 70 faizi gənclərdir. Müəyyən qurumlar var ki, xəstələri toplayıb xarici ölkələrə əməliyyata aparır. Onlar ölkəyə gəldikdən sonra fəsadlar yaranır. Çünki həmin xəstələr ambulator müayinədən keçməlidirlər”.

Direktor qeyd edib ki, Azərbaycan bu əməliyyatlar pulsuz həyata keçirilir.

Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev isə deyib ki, Azərbaycanda buynuz qişa toxumasını dünyasını dəyişən şəxslərdən də götürmək olar:

"Amma bunun üçün xüsusi klinikaların olması vacibdir. Hələlik bu toxumanın Azərbaycana gətirilməsi ilə bağlı məhdudiyyət aradan qaldırılmalıdır. Bunun üçün Gömrük Məcəlləsinə dəyişiklik edilməlidir. Çünki həmin toxumalar gömrük keçid məntəqələrindəki rentgen aparatından keçirilə bilməz. Toxuma aparatdan keçirildikdən sonra fuknksiyasını itirir”.

Komitə sədri Əhliman Əmiraslanmov da qeyd edib ki, bu məhdudiyyət tezliklə aradan qaldırılmalıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]