Gündəm

Terrorçunun tutlmasında diqqət çəkən detal...(VIDEO)

17-01-2017, 20:50
2017-ci ilin ilk günü gecə Türkiyədə, İstanbuldakı gecə klubunda 39 nəfəri güllələyib öldürən, 100 nəfəri yaralayan qatilin tutulmasına dair təfərrüatlar yayılıb. 

Musavat.com Türkiyədə çıxan "Hurriyet" qəzetinin saytına istinadla xəbər verir ki, özbək əsilli Abdülgadir Maşaripov İstanbulun Esenyurt səmtində lüks bir yaşayış massivində sağ olaraq ələ keçirilib. Onunla birlikdə 1 qırğız əslli kişi və 3 qadın yaxalanıb.
Terrorçu tutulduğu zaman 4 yaşlı oğlu da yanında olub. 



Reina saldırganı terörist böyle yakalandı Yatak detayı...

Bildirilir ki, əməliyyat ciddi məxfiliklə həyata keçirilib. Terrorla mübarizə şöbəsinin polisləri və kəşfiyyat qrupları terrorçunun gizləndiyi yeri müəyyən edincə hərəkət əmri verilib və dünən saat 23 radələrində terrorçu yanındakılarla birlikdəələ keçirilib.

İŞİD üzvü olan terrorçu "Reina" klubunda törətdiyi qırğından sonra Zeytinburnunda ailəsiylə qaldığı evə gedərək 4 yaşlı oğlunu götürmüş və izini itirmişdi. Polislər onu tapmaq üçün İstabulda və İzmirdə çoxsaylı əməliyyatlar keçiriblər.

Reina saldırganı terörist böyle yakalandı Yatak detayı...

Maşaripovun yanında tutlanlardan biri, 27 yaşlı Dina adlı senegallı qadındır. Digəri Somali əsilli Aysşadır, onun da 27 yaşı var. Üçüncü qadın Misirdən olan 26 yaşlı Tene Traredir. 

Qatilin yaxalanmasna dair detallardan biri də onun polis basqını zamanı canını qurtarmaq üçün çarpayının altına girməsinə dairdir. O, əvvəlcə polislərə silahlı müqavimət göstərmək istəyib, daha sonra çarpayının altında gizlənməyə çalışıb, amma buna müvəffəq olmayıb.

Reina saldırganı terörist böyle yakalandı Yatak detayı...

Tutulanların bu evdə uzun müddətdən bəri qaldıqları təsbit olunub. Terrorçular alış-veriş etmək, yer dəyişdirmək üçün qaradərili qadnların köməyindən istifadə ediblər. 

Polislər terrorçuların gizləndiyi mənzildə 6 saat boyunca araşdırma aparıblar.

Reina saldırganı terörist böyle yakalandı Yatak detayı...

Əməliyyatdan sonra hadisə yerinə toplaşmış hiddətli insanlar Maşaripovu polislərin əlndən alaraq döyməyə çalışıblar. Polislər camaata mane olub.

Reina saldırganı terörist böyle yakalandı Yatak detayı...


Musavat.com



 
 
 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]