Dünya

“Reina” gecə klubunu qana boyayan terrorçu tutuldu - VİDEO

17-01-2017, 11:07
 “Reina” gecə klubunu qana boyayan terrorçu tutuldu - VİDEO
Femida.az
-ın "Milliyet”-ə istinadən verdiyi xəbərə görə, "Əbu Məhəmməd Xorasani" kod adlı Abdulkadir Maşaripov əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalanıb. Onunla birgə daha 3 nəfər tutulub.

Məlumata görə, səhər saatlarında terrorçunun yaxalanması ilə əlaqədar rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən "Reina” gecə klubuna etdiyi hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. İki gün sonra məlum olub ki, hadisəni törədən şəxs ötən ilin noyabr ayında ailəsi ilə birlikdə Konyaya gəlib. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
 “Reina” gecə klubunu qana boyayan terrorçu tutuldu - VİDEO
 “Reina” gecə klubunu qana boyayan terrorçu tutuldu - VİDEO


Administratorla əlaqə

077 611-55-22

[email protected]