Reportaj

Bərdədə məscidə polis hücumu? – İmam və dindarlar şöbəyə aparıldı?

17-01-2017, 01:58
Bərdə rayon Həsənqaya kəndində 13 yanvar 2017-ci il tarixində polislər ayaqqabı ilə kənd məscidinə daxil olaraq dindarları və dinin müqəddəsatını təhqir ediblər.

Bu barədə A24.Az-a kənd sakinləri məlumat veriblər. Bildiriblər ki, polislər kənd camaatını cümə namazını qılmağa qoymayıb. Belə ki, polislər cümədə namaz qılan insanları və imamı maşınlara doldurub, polis şöbəsinə aparıblar. Həmçinin müqəddəs kitabımız Qurani-Kərimi necə gəldi insanlar kimi maşının yük yerinə yığıblar. Məsciddə qalan insanlar isə ayrı-ayrılıqda namazlarını qılmağa davam edib. Bu barədə məlumatı vatsap şəbəkəsində məscidin imamı məlumat verib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]