Layihə

Nərimanov rayonunda ordu sıralarından tərxis olunmuş və hərbi xidmətə yola salınan gənclərlə görüş keçirilib

17-01-2017, 00:00
Nərimanov rayonunda ordu sıralarından tərxis olunmuş və hərbi xidmətə yola salınan gənclərlə görüş keçirilib

16 yanvar 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin iclas zalında ordu sıralarından tərxis olunmuş və hərbi xidmətə yola salınan gənclərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov tərxis olunmuş gəncləri hərbi xidmətlərini şərəflə başa vuraraq öz doğmalarının yanına sağ-salamat qayıtması münasibətilə təbrik edib, hərbi xidmətə yeni çağırılmış gənclərə isə yollarının açıq, sağ-salamat gedib, sağ-salamat evlərinə, ailələrinə dönmələrini arzulayıb, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açıb, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışıb.

Ş.İbadov ötən ilin aprel döyüşləri zamanı mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısının mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığını, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin qorxu içində geri çəkildiyini

Administratorla əlaqə

077 611-55-22

[email protected]