İqtisadiyyat

TRAMPIN MƏMMƏDOVLA ŞƏRİKLİYİNİN SONU: Bakıda “Trump Tower”in adı sökülür – Fotolar

16-01-2017, 20:43
TRAMPIN MƏMMƏDOVLA ŞƏRİKLİYİNİN SONU: Bakıda “Trump Tower”in adı sökülür – Fotolar
Bakının Nəsimi rayonunda yerləşən məşhur "Trump Tower” otelinin adı sökülür.
"Qafqazinfo”nun məlumatına görə, söküntü işləri hazırda davam edir. 33 mərtəbəli yelkənə bənzər göydələnin özünün sökülüb-sökülməyəcəyi barədə hələ məlumat yoxdur. Otelin tikinti işləri ötən il yekunlaşsa da, onun fəaliyyət göstərməsi ilə bağlı informasiya verilməyib.
Qeyd edək ki, ötən ilin sonunda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın şirkəti Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan etmişdi. Tramp Organisation şirkətinin icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini "ev təmizliyi” adlandırmışdı.
Xatırladaq ki, bu binanın Azərbaycanda olan tərəfdaş şirkəti – təsisçisi Azərbaycanın Nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus "Qarant” Holdinqdir.
Donald Tramp haqqında "Örtüksüz Tramp” adlı bioqrafiya kitabında müəlliflər Maykl Kranişvvə Mark Fişer yazır ki, Donald Trump-ın ABŞ prezidentliyinə namizədliyi ilə bağlı maliyyə bəyannaməsində, 2014-cü ilin yanvar və 2015-ci ilin iyul ayları arasında Garant Holding-lə müqavilə nəticəsində onun 2.5 milyon dollar aldığı məlum olub.
 
Bakıda
 
Bakıda
 
Bakıda
 
Bakıda

Administratorla əlaqə

077 611-55-22

[email protected]