Siyasət

Müdafiə nazirinin birinci müavini NATO toplantısında iştirak edəcək

16-01-2017, 17:34

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli dəstək” və "Uyarlılıq platforması” formatlarında təşkil ediləcək görüşlərdə iştirak etmək üçün Belçikanın Brüssel şəhərinə gedib.

Bu barədə Xeberman.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbir yanvarın 17-də NATO-nun Mənzil-Qərargahında Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]