Dünya

Andrey Karlovu öldürən sui-qəsdçi kimsəsizlər məzarlığında dəfn edilib

16-01-2017, 16:12
Andrey Karlovu öldürən sui-qəsdçi  kimsəsizlər məzarlığında dəfn edilib
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu öldürən sui-qəsdçi Mövlud Mərd Altıntaş kimsəsizlər qəbirstanlığında dəfn olunub.


Liderxeber.az Türkiyə mətbuatına istinadən bildirir ki, ötən il dekabrın 19-da Ankarada sui-qəsd nəticəsində Karolovu qətlə yetirən keçmiş polis əməkdaşının meyitindən ailəsi imtina edib. Bu səbəbdən yanvarın 13-də Altıntaş kimsəsizlər qəbirstanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov dekabrın 19-da Ankarada öldürülüb. Onu 22 yaşlı keçmiş polis işçisi Mövlud Mert tapançadan açdığı atəşlə qətlə yetirib. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]