İqtisadiyyat

Benzin bahalaşma dalğası gətirir: “Cənab prezident, ərzağın qiyməti yenə qalxır, nə edək? - Təcili

15-01-2017, 21:55
SOCAR Petroleum şirkəti Aİ-95 markalı benzinin qiymətini qaldırması ölkədə ərzaq məhsullarının növbəti bahalaşmasına səbəb olacaq

Bu barədə Politika.Az-a daxil olan məlumata görə, yanacağın qiymətinin dəyişməsi bütün sahələrdə artımla nəticələnəcək. 

Bu da ölkədə yeni bahalaşma dalğasının geniş vüsət alması ilə müşaiyət olunacaq. Benzinin qiymətinin qalxması əhalidə ajiotaj yaradıb. 

Hamı gözləyir ki, ərzaq məhsullarının qiyməti kəllə çarxa qalxacaq. Bildirilir ki, ərzaqdan tutmuş, dərmana qədər hər şeyin qiymətinin daha da artması qaçınılmaz olacaq. 

Bu halda ölkə rəhbərliyinin təxirəsalınmaz müdaxiləsinə zərurət yaranacaq. Qiymətlərin bazarlarda tənzimlənməsi üçün dərhal dövlət müdaxilələr olmalıdır. 
Antiböhran tədbirlərinin ləng getməsi nəticəsində iri mağazalar, dükanlar, yarmarkalar müflisləşir, bağlanır, minlərlə insan iş yerlərini itirir. 

Böhranın dərinləşməsi, idxal rüsumunun artması, dolların bahalaşması və alıcılıq qabiliyyətinin aşağı düşməsi sahibkarların belini sındırıb. 

Ərzaq məhsullarının qiymətinin qalxması, maaşların azalması, bank borclarının üstünə gəlməsi xalqın güzəranını çətinləşdirir.

Politika.Az-a daxil olan məlumata görə, kənd məhsullarının daşınma xərcləri, idxal məhsullarının ölkəyə gətirilməsi rüsumları, o cümlədən kommunal xərclərin çoxalması, maaşların azalması bazarlarda qiymətlərə təsir edəcək. 

Xalq elə bir vəziyyətlə qarşılaşıb ki, öz başına çarə axtarmalıdır. Yanvardan iqtisadi durumun ağırlaşacağı haqda proqnozlarımız doğrulmaqdadır. 

Manatın tam üzən məzənnəyə keçid etməsi, benzinin qiymətinin qalxması Azərbaycan xalqını iqtisadi fəlakətlə üzbəüz qoyub. 

"Aİ-92” və dizel yanacağının qiymətində bahalaşma olsa, bu, iqtisadiyyata daha ciddi təsir göstərəcək. Çünki əsas yük daşımalarında və kənd təsərrüfatında istifadə olunan yanacaq növləri bunlardır. 

Kənd təsərrüfatında isə ümumiyyətlə dizel yanacağı maya dəyərin formalaşmasında önəmli rol oynayır. Dizel yanacağının kənd təsərrüfatı məhsullarının maya dəyərində 20-25 faizlik payı var. 

Əgər artım olarsa, bu, iqtisadiyyatdakı bütün sahələrə daha ciddi təsir göstərəcək. Ümid edək ki, indiki dövrdə qiymət qalxmayacaq. Çünki onsuz da qiymət artımı kifayət qədər sürətlənib, rəsmi inflyasiya ikirəqəmli həddədir. Artım olacağı təqdirdə inflyasiya daha da sürətlənə, kənd təsərrüfatı, ərzaq məhsulları, xidmət sahələrində kəskin qiymət artımının şahidi ola bilərik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]