Texnologiya

Belə şəkil çəkdirmək barmaq izinizi ələ verir – DİQQƏT

15-01-2017, 21:45

Belə şəkil çəkdirmək barmaq izinizi ələ verir – DİQQƏTMəlumdur ki, hazırda  barmaq izinin tanınması texnologiyası ilə şəxsiyyətin təsdiqi dünyada çox geniş yayılıb.

Yaponiyalı araşdırmaçılar şəkillərdə sülh əlaməti olaraq tutulan "iki barmaq” işarəsindən barmaq izlərini tanımağın mümkünlüyü ilə bağlı həyəcan siqnalı çalır.

Xeberman.com phys.org-a istinadən məlumatına görə,  texnologiyanın sürətli inkişafı, müasir mobil telefonların yüksək keyfiyyətdə şəkil çəkməsi və fotoların rahatlıqla paylaşıldığı sosial şəbəkələr şəxsi məlumatların oğurlanması riskini artırır.

Araşdırmaçı  İsao Echizen deyir ki, barmaqları belə tutaraq şəkil çəkdirmək barmaq izlərini daha aydın ifadə edir.

İ.Echizenin fikrincə, rəqəmsal kamera ilə 3 metrdən çəkilmiş fotodan barmaq izini "copy” etmək çox asandır və bunun üçün hansısa texnologiyaya ehtiyac yoxdur. İstənilən adam fotodakı şəxsin barmaq izini oğurlaya bilər. Bundan başqa, şəkil nə qədər işıqlı olarsa, barmaq izi daha asanlıqla oğurlana bilər.

Yaponiya Milli İnformatika İnstitutunun alimləri isə fotolarda barmaq izlərini gizlətmək üçün şəffaf plyonka icad ediblər. Şəffaf plyonka barmaq izlərini gizlətsə də şəxsiyyətin tanınmasında heç bir problem yaratmayacaq. Və bu icadın tam olaraq 2 ilə gerçəkləşəcəyi deyilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]