Siyasət

Dünyanın kabusu GERİ QAYIDIR: ABŞ, Çin, Türkiyə...

15-01-2017, 16:38
Dünyanın kabusu GERİ QAYIDIR: ABŞ, Çin, Türkiyə...  Bu günlərdə dünyanın müxtəlif ölkələrində quş qripi virusunun aşkarlandığı barədə həyacanlı xəbərlər gəlməkdədir. Son olaraq Yunanıstanla Türkiyə sərhədində quş qripi virusu qeydə alınıb. Çində quş qripindən ölənlərin sayı artır, ABŞ-da pişiklər karantinə alınıb və üç fərqli quş qripi virusuna qarşı həyəcan təbili çalıçıb. Çin rəsmi agentliyi "Xinhuan”ın bu gün verdiyi xəbər görə, ölkənin Xenan əyalətində daha bir nəfər H7N9 quş qripi virusundan ölüb. 36 yaşında bir ördək satıcısı olan kişi dekabrın 25-də xəstəxanaya yerləşdirilmişdi. Beləliklə, bu qış Çində quş qripindən ölənlərin sayı 36-ya çatıb. ABŞ-da isə ev pişikləri başqa bir quş qripi virusu olan H7N2-yə yoluxub və Nyu-Yorkda karantin elan edilib. Şəhərdəki heyvan sığınacaqlarında olan 500 pişik üzərinə aparılan müayinələr onların 386-sının quş qripi virusuna yoluxduğunu müəyyən edib. Bir başqa quş qripi virusu olan H5N8 isə artıq Türkiyə sərhədlərinə kimi gəlib.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]