Ölkə

Məhkəmədə Xaləddin İsgəndərova “Sən də yanımızda əyləşməlisən” niyə deyilmədi? - Gizlinlər

14-01-2017, 23:57
   Azərbaycan Beynəlxalq Bankının həbsdəki sədri Cahangir Hacıyev maliyyə naziri Samir Şərifov üçün "sən də yanımda əyləşməlisən” mesajını Binəqədi icra başçısının sabiq müavini Qəzənfər Novruzov Xaləddin İsgəndərova vermədi. 

Eyni ismarıcı həbsdə olan Binəqədi rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu da ünvanlamadı. 

Anaxeber.az yazır ki, 2015-ci ildə 15 nəfərin tələf olması ilə nəticələnən Azadlıq prospektindəki yanğın faciəsindən Binəqədi rayon icra başçısı qada-bəlasız, məhkumluq yaşamadan çıxa bildi. 

Ona məhkəmə çıxışlarında nə müavini Q.Novruzov, nə də təsərrüfat işlərinə cavabdeh olan Ə.Rəcəbovla N.Orucov ittiham irəli sürdülər. 

Onlar özlərini MTN-nin odioz generalı Akif Çovdarov kimi apararaq Binəqədinin "Eldar Mahmudovu” əleyhinə danışmadılar. 

Əslində, yanan bina işinin bir ucu elə MTN-ə bağlanırdı ki, bu ayrı mövzunun təhlilidir, X.İsgəndərov isə həmin orta ranqlı məmurları qurban verməklə özünü həbsdən xilas etmiş oldu. 

Amma X.İsgəndərovun adı təkcə yanan bina işində MTN-ə qarışmadı, eləcə də Biləcəridə özünü icarədar məmur kimi tanıdan bələdiyyə sədri İlham Xəlilov MTN generalı Akif Çovdarova 150 min pul və torpaq bağışlamaqda gündəmə gəldi. O, ifadəsində faktı təsdiqləyib. 

Beləliklə, ətrafı MTN bandası ilə əlbir olmuş, özü vergilər naziri Fazil Məmmədovun adamı kimi tanınan Xaləddin İsgəndərovun halqası daralırdı. Yanan bina işi addım-addım onu həbsə yaxınlaşdırırdı. Lakin son anda ipdən qurtulan Binəqədi icra başçısı önündə üfüq açıldı. 

Q.Novruzov, Ə.Rəcəbov və N.Orucov "günah keçisi” kimi qurban verilməklə Bakının böyük rayonlarından birinin rəhbəri dəmirbarmaqlıqlar arasında çıxarıldı. 

Əks halda icra başçısının elə kabinetində qollarına qandal vurulacaqdı. Çünki binanın üzlənməsindən tutmuş digər işlərə qədər hamısının təlimatını X.İsgəndərov vermişdi. 

Anaxeber.az yazır ki, əslində Qəzənfər Novruzov, eləcə də həbs edilən başqa vəzifəli şəxslər bütün üzlük biznesinin başında X.İsgəndərovun durduğunu istintaqa bildiriblər. 

Lakin sübut yetərsizliyi adı ilə icra başçısı mühakimə olunmayıb. Onun özü də istintaqda dindirilib. Lakin siyasi dayaqlar və sehirli əllər də başçının həbsə getməməsində rol oynayıblar. 
Xaləddin İsgəndərovun bahalı "Vertu” telefonu, jurnalistlərə qarşı kobud davranışı, adının rayon ərazisindəki bir sıra obyektlərlə hallanması – onun tezliklə vəzifəsindən getməsi ehtimalını daha aktual edirdi.

Lakin proses həbsə qədər uzanmadı. Görünür ki, icra başçısı artıq vəzifə qorumaq üçün yox, sadəcə azadlıqda gəzmək üçün müəyyən dairələrə minnətçi düşüb. Çünki icra başçısının dindirilməsi və istintaq prosesi zamanı ortaya çıxan faktlar çoxunun başını ağrıda bilər. 

Amma icra başçısı yerində qalır, rayonun rəhbərliyinə davam edir. Hətta onun müavini İlqar Süleymanovun hava limanında saxlanması ondan xəbər verirdi ki, daha bir müavini qurban verməyə hazırdır. 


Anaxeber.az yazır ki, Xaləddin İsgəndərovun qardaşı oğlu Valeh İsgəndərovun həbsi də başçının həbsinə aparan yolun tərkib hissəsi kimi qiymətləndirilirdi.

Eyni zamanda icra başçısı ilə Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyevanın həyata keçirdiyi qanunsuzluqların üstü açılmışdı.

Belə ki, Binəqədi bələdiyyəsi ərazisində ev tikmək üçün bələdiyyə sədri Aytac Əliyevanın adamlarına mütləq şəkildə "hörmət» etməlisən. 

Əks təqdirdə tikəcəyin evi traktorla və ya buldozerlə uçuracaqlar. Fərqi yoxdur torpaq sənin qanuni mülkiyyətindir və yaxud mülkiyyətin deyil. 

Kim sədrin «tələblərini» yerinə yetirmirsə, ya tikinti aparmasına icazə verilmir, ya da tikdiyi evi başına uçururlar. Bələdiyyədə sədrə yaxın şəxslər Rahib adlı hüquqşünas, Rəşad İsayev və bələdiyyə üzvü Pərviz Verdiyevdir. 

Aytac xanım bu şəxsləri "NİVA " markalı avtomobillərlə təmin edib və onlar Binəqədi qəsəbəsinin ərazisində daima "patrulluq” edirlər.Bütün bu faktlar da icra başçısı barədə dosyenin qovluğuna tikilə bilərdi. Amma olmadı.

Hətta həbs təhlükəsi olan ərəfədə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının məzuniyyət adı ilə ölkəni tərk etdiyi məlumatları yayıldı. 

X.İsgəndərovun başçı təyinatından sonra binəqədililər əvvəlki icra başçısı Alı Qocayevin ölənlərinə rəhmət oxuyurlar. 

Bu da Binəqədidə tikintiyə haqq qoyulması ilə əlaqəlidir: "Rayon ərazisindəki tikililərə qiymət vahid cədvəl əsasında qoyulub. 

Əgər Xaləddin İsgəndərovdan əvvəl - Milli Məclisin spikeri Oqtay Əsədovun qudası Alı Qocayevin icra başçısı işlədiyi dövrdə-daha çox Biləcəri, Binəqədi və Xocasən qəsəbələrində hasar çəkmək pulsuz, istənilən ölçüdə ev tikmək isə 500-1000 manat ”şirinliklə" baş tuturdusa, Xaləddin İsgəndərovun "zühuru” ilə qiymətlərdə qiyamət qopdu.  

Administratorla əlaqə

077 611-55-22

[email protected]